“Bu şəhərdə”nin Heydər Əliyev Sarayında baş tutan “Əkkiz mart” konsertindən paylaşılan səhnəcik İran sosial mediasında müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, "Milyonçu şouda iranlı nazir" başlığı ilə "Youtube" platformasına yerləşdirilən səhnəcik qısa müddətdə həm güneylilər arasında, həm də İranın bir sıra teleqram kanallarında paylaşılıb.
Səhnəcikdə iranlı nazirə ünvanlanmış suallarda İran-Azərbaycan münasibətlərinin hazırki durumu yumorla göstərilib.
İranda azərbaycanlıların ana dilindən məhrum edilməsi, Tehran-İrəvan qardaşlığı, müharibə zamanı ölkəmizə İranın deyil, İsrailin dəstək verməsi, Təbrizin Azərbaycanın qədim şəhəri olması, İslam Respublikasından ölkəmizə qeyri-qanuni yollarla narkotik ixracı kimi sualları doğru cavablandıran iranlı nazir obrazı güneylilər arasında rəğbətlə qarşılansa da, İran mediası bunu təhqir olaraq dəyərləndirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:46 / 17.05.2023
“Bu şəhərdə”nin səhnəciyi İranda səs-küyə səbəb oldu – VİDEO
Hazırda oxunan: “Bu şəhərdə”nin səhnəciyi İranda səs-küyə səbəb oldu – VİDEO
Hazırda oxunan: “Bu şəhərdə”nin səhnəciyi İranda səs-küyə səbəb oldu – VİDEO
136402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.