Ötən gün Şabranda zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına gətirilən 15 nəfərdən ikisi Türkiyə vətəndaşı olub və onların hamısı ilk tibbi müdaxilədən sonra evə - ambulator müayinəyə buraxılıb.
Şabran Rayon Mərkəzi Xəstəxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-nın Şimal bürosuna verilən məlumata görə, onlar mədə pozğunluğu əlamətləri ilə xəstəxanaya çatdırılıblar.
MÖVZU İLƏ BAĞLI:
Qida Təhlükəsizliyi Agentliyi Şabrandakı zəhərlənməni ARAŞDIRIR - ÖZƏL
Onların hansı qidadan zəhərlənmələri isə məlum deyil. Hazırda vəziyyətləri stabildir.
Qeyd edək ki, ötən gün nahar fasiləsində kütləvi şəkildə qəbul etdikləri qidadan zəhərlənərək tibb müəssisəsinə çatdırılan şəxslər Şabranda dəmiryol tikintisi ilə məşğul olan təşkilatın işçiləri olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu