Bir gün hər insan gözünü açaraq dünyaya gəlir, bu dünyada böyüyür, yaşayır. Çox uzun görünsə də, bu həyat ancaq bir göz qırpımı qədər qısadır, bəli, çox qısadır, özü də bir göz qırpımı qədər. Başlayan həyatımız bir gün mütləq bitir. Hər nə qədər insanın böyük arzuları, planları, istəkləri olsa da, bu dünyaya sığmır onlar. Acısı ilə, şirini ilə hər birimiz bir gün gözümüzü bu dünyaya bağlayırıq. Bəs düşünmüsünüzmü ki, “niyə gəlmişəm bu dünyaya?”x9d Mən kiməm? Niyə həyatım qısadır? Niyə ölürəm və öldükdən sonra hara gedirəm? Yəqin ki, hər insan böyüdükcə, şüuru formalaşdıqca bu sualları özünə verib və bu suallarına cavablar axtarmağa başlayıb... Yəqin, tapdığınız bəzi cavablarınız var, gəlin o suallar ətrafında birlikdə düşünək.
Həm özümüzün, həm də ətrafımızda yaşayan insanların həyatına fikir verək. Gənc insanların gələcəklə bağlı çoxlu arzuları və planları var. Məsələn, istədikləri ali məktəbə girmək, gəlirli işə sahib olmaq, ev, maşın almaq, ailə həyatı qurmaq, gözəl istirahət etmək, oğul-uşaq sahibi olmaq və s. Bu arzu və istəklər tükənməzdir, ancaq dünya həyatımız tükənir. İnsanlar yaşa dolduqca artıq planları azalır, çünki nə qədər istəsələr də, ömürlərinin tükəndikləri görürlər. Yaşa dolan insanlar planlar və arzular qurmaq əvəzinə, daha çox gənclikdə yaşadığı xatirələri düşünür, onlarla yaşamağa başlayır, hər fürsətdə onları xatırlayır və ətraflarındakı insanlara danışırlar. Bu izah etdiklərim bizə verilən ömür haqqında ümumi məlumatdır, yəqin ki, siz də mənimlə razılaşarsınız. Bəziləriniz də düşünə bilərsiniz ki, bu həyat belə də yaşanmalıdır, həyatın qanunudur bunlar, burada nə var ki? Ancaq elə deyil, bizə verilən həyat, hər anımız çox dəyərlidir.
Bir insan hər nə qədər gözəl, zəngin, vəzifəli olsa da, onu gözləyən, eləcə də hər insanı gözləyən bir son var: ölüm. Ömrümüz sanki bir qum saatıdır, zaman keçdikcə qum saatındakı qumlar azaldığı kimi, ömrümüz də azalaraq ölümə doğru gedir. Ancaq bir çox insanın unutduğu və ya gözardı etdiyi çox mühüm bir həqiqət var: ölüm son deyil, sonsuz və əsil həyatımızın başlanğıcıdır.xa0
Bizi Allah yaradıb, bu dünyanı, gördüyümüz və görmədiyimiz hər şeyi də. Allah dünyanı gözəl yaratdığı kimi, əksik və qüsurlarla da yaradıb. Bizim dünyaya gəliş səbəbimiz də Allahın rizasını qazanmaq, əxlaqımız, ixlasımız, Allaha sevgimiz, sədaqətimiz, vəfamız ilə sonsuz həyatımızı ”“ xa0cənnəti, yaxud da cəhənnəmi qazanmaqdır. Yuxarıda insanların sonsuz kimi görünən həyatlarından bəhs etdim. Allah diləsə idi, bu dünya da sonsuz olardı, insanlar bütün arzu və istəklərini həyata keçirərdi. Ancaq belə deyil, nədir səbəbi, heç düşünmüsünüzmü? İnsanların sonsuz arzu və istəkləri olur, ancaq insanın ən böyük arzusu Allahın rizasını qazanmaq olmalıdır, onu Yaradan Allahı sevmək olmalıdır.xa0
Dünya hər nə qədər uzun görünsə də, çox-çox qısadır. Məsələn, 25 yaşlı gəncdən keçmişi haqqında soruşsan, ən çoxu bir neçə saat içində sizə həyatını və o həyata sığan xatirələrini danışacaq. Bu, 70 yaşlı insana da aiddir. Önəmli olan həyatımızı danışarkən və keçmişə baxarkən utanmayaq, zamanımızı gözəl keçirək və Allahın razı qalacağı əxlaqı yaşayaq. Biz nəyi unutsaq da, Allah heç nəyi, ən xırda əməlimizi belə unutmur və o əməllərimiz axirətdə qarşımıza çıxacaq. Biz dünyaya şüursuzca yaşamağa, yalnızca öz istəklərimizi həyata keçirməyə, bizə verilən zamanı məsuliyyətsizcə keçirməyə gəlməmişik. Odur ki, zamanımızı ən gözəl tərzdə dəyərləndirək, yaradılış məqsədimizi, haradan gəldiyimizi, hara gedəcəyimizi unutmayaq. Bizi gözləyən sonsuz həyatımıza hazırlıq görək. Bizi yaradan, bizə sonsuz nemətlər bəxş edən, bizi hər an görən, bizi sevən, günahlarımızı bağışlayacağını ümid etdiyimiz Allahı unutmayaq və Onu ən dərin sevgi ilə sevək. O zaman insan bu həyatdan da zövq alar, axirət həyatından da inşaAllah.xa0
Son dönüş sənin Rəbbinədir. (Nəcm surəsi, 42)
Ülviyyə Əlizadə



































































































