2019-cu ildə universitetin nəzdində fəaliyyətə başlayan ADA məktəbi IB beynəlxalq diplom proqramı üzrə tədris etmək hüququ əldə edib.
Bizim.Media xəbər verir ki, ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal məktəb və universitetin ilk gündən beynəlxalq standartlara cavab verməyə çalışdığını bildirib.
O qeyd edib ki, məktəb hələ pandemiyadan əvvəl IB sertifikatı üçün müraciət edib və bu günlərdə müvafiq icazəni alıb:
“Bu, yeni nailiyyətlər üçün platforma və imkanlar yaradır”.
V. Kazdal əlavə edib ki, beynəlxalq sistem Azərbaycanın təhsil standartlarına uyğunlaşdırılacaq və bununla da, Azərbaycan üçün lazım olan fənləri tədris etmək mümkün olacaq.
Öz növbəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva qeyd edib ki, bu proqram artıq Azərbaycan məktəblərində tətbiq olunur və müasir dünya üçün zəruri olan bilikləri inkişaf etdirməyə imkan yaradır.
IB proqramı dünya universitetləri tərəfindən tanınan tam orta təhsil haqqında beynəlxalq diplomdur. Hazırda 125 ölkənin 2718 beynəlxalq məktəbində IB proqramı üzrə tədris həyata keçirilir.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:11 / 16.05.2023
ADA məktəbi IB beynəlxalq diplom proqramı üzrə tədris etmək hüququ əldə ETDİ - FOTO
Hazırda oxunan: ADA məktəbi IB beynəlxalq diplom proqramı üzrə tədris etmək hüququ əldə ETDİ - FOTO
Hazırda oxunan: ADA məktəbi IB beynəlxalq diplom proqramı üzrə tədris etmək hüququ əldə ETDİ - FOTO
136340
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.