Xəbər veridyimiz kimi, Azərbaycan bazarına yeni mərc oyunları operatoru fəaliyyətə başlayır.
Bizim.Media xəbər verir ki, yeni bukmeyker şirkətinin adı "Azərlotereya"dır.
Qeyd edək ki, "Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən yaradılıb. Hazırda isə şirkət Prezidentin sərəncamı ilə qurum “YMT Sans B.V.” türk şirkətinə müqavilə əsasında idarəetməyə verilib.
Şirkətin yenidən gündəmə gəlməsi media aləmində yeni versiyaların ortaya atılmasına səbəb olub.
''Yeni Musavat'' nəşri isə bu məsələyə fərqli bucaqdan baxaraq bu şirkətin “TOPAZ” mərc oyunlarına rəqib bir qurum yaradıldığını iddia edib. Nəşr qeyd edir ki, “TOPAZ” Gənclər və İdman naziri Azad Rəhimova aiddir, yeni yaradılan qurum da nazirin biznesinə rəqib kimi meydana çıxıb.
Nəşrin hansı faktlarla bunu əsaslandırdığı maraqlı olmasa da, “TOPAZ” mərc oyunlarına nəzarətin “Azəridmanservis” MMC tərəfindən həyata keçirməsi və brenddə “idman” kəlməsinin işlənməsi yəqin jurnalistin “dəqiq məlumat” qənaətinə gəlməsinə səbəb olub.
Bizim.Media olaraq, həmkarlarımızın tirajladığı “fakt” bizim də diqqətimizi çəkdi.
Araşdırmalara başladıq.
Məlum oldu ki, “Azəridmanservis” isə Gənclər və İdman Nazirliyi tərəfindən ümumi nəzarəti həyata keçirmək üçün təsis olunub.
Yəni, bu qurum sabah nazirliyin rəhbərliyində kimin olmasından asılı olmayaraq, nazirliyə məxsusluğunu qoruyub saxlayacaq.
Əldə etdiyimiz məlumata görə, “TOPAZ” şirkətinin “Azəridmanservis” nəzarətində olması isə onun fəaliyyətinin təftişinə xidmət edir və bu şirkətin Gənclər və İdman naziri Azad Rəhimova aidiyyatı yoxdur.
Araşdırmamız davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:25 / 03.03.2021
“TOPAZ” kimə məxsusdur?
Hazırda oxunan: “TOPAZ” kimə məxsusdur?
Hazırda oxunan: “TOPAZ” kimə məxsusdur?
13634
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.