"Bütün ucqar kənd məktəblərinin nəticələrinin yaxşı olmaması fikri ilə razı deyiləm. Elə ucqar kənd məktəblərimiz var ki, şagirdlər yaxşı nəticə göstərir. Hətta onların nəticələri şəhərin bəzi məktəblərindən də yaxşıdır"
Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
Onun sözlərinə görə, 3-7 nəfərdən ibarət və cəmi 11 müəllimin çalışdığı kiçik məktəblərdə tədrisin təşkili problemlidir:
"Amma biz çalışırıq ki, həmin məktəblərdə kontingentin az olmasından asılı olmayaraq, tədrisi təşkil edək. Nazirlik hər bir məktəbdə eyni keyfiyyətli təhsil verməyə çalşır və bacardıqca resursla təmin edir. Bu yerlərdəki uşaqlar əvvəl Bakıdakı internat tipli təhsil müəssisələrdə oxuyurdu və indi də onların yaxşı məktəblərdə oxumaq imkanı var".
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:42 / 16.05.2023
"3-7 şagirdin oxuduğu məktəbdə tədrisin təşkili problemdir"- Emin Əmrullayev
Hazırda oxunan: "3-7 şagirdin oxuduğu məktəbdə tədrisin təşkili problemdir"- Emin Əmrullayev
Hazırda oxunan: "3-7 şagirdin oxuduğu məktəbdə tədrisin təşkili problemdir"- Emin Əmrullayev
136313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.