"Məktəblərdə fəaliyyət göstərən idman zalında baş verən neqativ halı bir qurumun üzərinə atmaq olmaz".
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
7 yaşlı uşağın ölümündə təqsirləndirilən məşqçinin İLK AÇIQLAMASI
Onun sözlərinə görə, məktəblərdə olan idman zallarının mahiyyəti peşekar idmançı yetişdirmək deyil:
"Təbii ki idmançılar həmin uşaqlar arasından seçiliəcək. Sadəcə olaraq uşaqların asudə vaxtıarını daha səmərəli keçirilməsi üçündür".
Qeyd edək ki, aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Alçina Amilqızı, Bizim.Media