Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi bağlandı

Hazırda oxunan: Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi bağlandı

136225

Bu gündən etibarən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi qeyri-müəyyən müddətə bağlanıb. 

Bizim.Media xəbər evrir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. 

Bildirilib ki, dəmir yolunun Gürcüstan hissəsinin bağlanmasının səbəbi - baş podratçı tərəfindən sahənin tikinti tempinin sürətləndirilməsi və layihənin qısa müddətdə başa çatdırılmasıdır. 

Qeyd olunur ki, dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb. Dəmir yolu rəsmən istifadəyə verilməsə də, 2017-ci il oktyabrın 30-dan yükdaşımaları sınaq rejimində həyata keçirilir. Gürcüstan ərazisində işlərin təxminən 86%-i yerinə yetirilib. 
Vurğulanır ki, ötən ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu il layihəyə əlavə olaraq 100 mln. dollar sərmayə qoyulacağını və onun təntənəli açılışının 2024-cü ildə baş tutacağını bildirmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin