Naxçıvanbank Bakı Ağ şəhər filialına yeni rəhbər TƏYİN OLUNUB

Hazırda oxunan: Naxçıvanbank Bakı Ağ şəhər filialına yeni rəhbər TƏYİN OLUNUB

136211

Naxçıvanbank Bakı Ağ şəhər filialına yeni rəhbər təyin olunub.

Bizim.Media xəbər verir ki, Bakı Ağ şəhər filialının rəhbər vəzifəsinə təyin olunan şəxs Şaiq Bayramovdur.

14 illik bank təcrübəsinə malik Şaiq Bayramov ilk iş fəaliyyətinə 2009-cu ildə Rabitəbankda kredit mütəxəssisi kimi başlayıb. 2014-cü ildən 2023-cü ilə qədər filial müdiri kimi çalışıb, bununla yanaşı Quba, Xirdalan, Nizami, Sahil filiallarının müdiri olmuşdur. 

Qeyd edək ki, Şaiq Bayramov 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2011-ci ildə isə eyni ixtisas üzrə magistr dərəcəsi almışdır. Həmçinin, 2021-ci ildə isə Türkiyənin Boğaziçi Universitetinin mini MBA proqramını uğurla başa vurmuşdur. 

Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Fəvvarələr küç.,1. ünvanında yerləşən Bakı filialı 2010-cu ildən bəri müştərilərinə fərdi və korparativ bank xidmətləri göstərməkdədir.

Xatırladaq ki, "Naxçıvanbank ASC" 2008-ci ildə yaradılıb və onun nizamnamə kapitalı 94 milyon manatdır.

Bankın Bakı müştəriləri üçün əlaqə vasitələri: 

+994 (12) 404 11 85

[email protected]

//naxcivanbank.az/

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin