Azərbaycanda ilk dəfə məhkəmə arxeologiyası mövzusunda beynəlxalq konfrans keçiriləcək

Hazırda oxunan: Azərbaycanda ilk dəfə məhkəmə arxeologiyası mövzusunda beynəlxalq konfrans keçiriləcək

136173

May ayının 23-24-ü tarixlərində Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçiriləcək. 

Bu barədə Bizim.Media-ya AMEA-dan bildirilib. 

Elmi konfransın məqsədi məhkəmə arxeologiyası və məhkəmə antropologiyası sahələrində çalışan Amerika Birləşmiş Ştatları, Argentina, Bosniya və Hersoqovina, İsveçrə, Kanada, Kipr, Peru, Türkiyə, o cümlədən Azərbaycandan olan mütəxəssis və elmi işçiləri bir araya gətirərək qeyd edilən sahələrin beynəlxalq standartlar, multidissiplinar çərçivə və humanitar yanaşma təbiq edilərək Azərbaycanda elmi əsaslarının qoyulması və inkişaf etdirilməsidir. 

Konfransda iki yüzdən çox iştirakçı bir araya gələrək bu önəmli mövzularda bilik və təcrübələrini bölüşə biləcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin