DİN-dən polis tərəfindən öldürüldüyü iddia edilən vətəndaşla bağlı açıqlama

Hazırda oxunan: DİN-dən polis tərəfindən öldürüldüyü iddia edilən vətəndaşla bağlı açıqlama

136159

Vəkil Rafiq Alışov Moderator.az-a müraciət ünvanlayıb. Müraciətdə vətəndaş Mehdiyev Rəşad Ənvər oğlunun polis əməkdaşları tərəfindən döyülərək öldürüllməsi ilə bağlı iddialar yer alıb. Müraciətdə deyilir:

“Hörmətli Moderator.az saytı! Hüquqlarını müdafiə etdiyim Sumqayıt şəhərində yaşayan Mehdiyeva Zöhrə Vahid qızının oğlu, 1978-ci il təvəllüdlü Mehdiyev Rəşad Ənvər oğlu 27 aprel 2016-cı il tarixdə gecə saat təxminən 11 radələrində Sumqayıt şəhər Baş Polis İdarəsinin Çevik Polis Alayının serjantı Heydər Heydərzadə və digər polis əməkdaşları tərəfindən vəhşicəsinə döyüldükdən sonra yolun kənarına atılaraq, təcili tibbi yardım çağırılaraq, onlara təhvil verilmiş, xəstəxanaya yerləşdirildikdən sonra Rəşad Mehdiyev orada ölmüşdür. Lakin bu günə qədər Sumqayıt şəhər prokurorluğunda faktla bağlı cinayət işi qaldırılmamışdır. Bu günə qədər Mehdiyev Rəşad Ənvər oğlunu işgəncə ilə döyüb öldürən Sumqayıt şəhər Polis İdarəsinin ÇPA-nın əməkdaşı polis serjantı Heydər Heydərzadə və digərləri cinayət məsuliyyətinə cəlb edilməmişdir. Həm Suqmayıt şəhər prokurorluğu, həm də Sumqayıt şəhər Polis İdarəsinin rəhbərliyi polis serjantı Heydər Heydərzadə və digər polis əməkdaşları tərəfindən törədilən işgəncə və ölüm faktını gizlətməyə və təqsirkar polis nəfərlərini məsuliyyətdən kənarda saxlamağa çalışırlar. Hüquqlarını müdafiə Mehdiyeva Zöhrə Vahid qızının oğlu, Mehdiyev Rəşad Ənvər oğlunun Sumqayıt şəhər Polis İdarəsinin ÇPA-nın əməkdaşı polis serjantı Heydər Heydərzadə və digərləri tərəfindən işgəncəyə məruz qalaraq öldürülməsi faktının araşdırılmasın üçün bu cinayətin ictimailəşməsinə köməklik göstərməyinizi xahiş edirəm”x9d.

Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə xa0R.Mehdiyevin polis əməkdaşları tərəfindən döyülərək öldürülməsi ilə bağlı iddiaların əsassız olduğunu bildirib:

Bəzi kütləvi informasiya vasitələrində Sumqayıt sakini Rəşad Mehdiyevin Şəhər Polis İdarəsinin 4-cü PB-də guya işgəncəyə məruz qalması barədə yayılmış məlumatların heç bir hüquqi əsası yoxdur.

Aprelin 27-də axşam saatlarında 21-ci məhəlləyə yaxın ərazidəki kafelərdən birinin yaxınlığında sərxoş halda olan bir şəxsin dava-dalaş salaraq ətrafdakı insanları təhqir etməsi, onlara və nəqliyyat vasitələrinə daş atması barədə Sumqayıt ŞPİ-yə məlumat daxil olub. Məlumatla əlaqədar ərazidə xidmət aparan PPX əməkdaşları hadisə yerinə gəliblər və bu zaman həmin şəxsin özündən gedərək yerə yıxılmasının şahidi olublar. Az sonra özünə gələn həmin adam yenidən anoloji hərəkətləri təkrarladıqda oraya yığışanların təhlükəsizliyini təmin etmək üçün, həmçinin, vətədaşların onu sakitləşdirmək barədə xahişlərini nəzərə alan əməkdaşlar özünü idarə edə bilməyən və sərxoş olan bu adamı iddiaların tam əksinə olaraq, qandallanmış halda deyil, xidməti avtomobilə əyləşdirib 4-PB-yə aparıblar, lakin elə yoldaca həmin şəxsin vəziyyəti yenidən pisləşib.

İndi Rəşad Mehdiyevin guya polis bölməsində işgəncəyə məruz qaldığını iddia edənlərə, məsələni zorən siyasiləşdirərək polisin işgüzar nüfuzuna xələl gətirmək istəyən bəzi siyasətbazlara, fürsətçilərə, adıçəkilən şəxsin polis bölməsində guya qeydiyyata alınmadığına dair çoxbilmişlik edənlərə qısa bir xatırlatma etmək istərdik: sözügedən bölməyə gətiriləndən bir neçə dəqiqə sonra o, polis tərəfindən çağırılan təcili tibbi yardım maşını ilə şəhər xəstəxanasına çatdırılıb.

Məqsədyönlü şəkildə, heç bir ciddi dəlil-sübut olmadan polisi guya zorakılıq törətməkdə itttiham edənlərin qərəzsizliyi və yersiz humanizmi bir çox suallar doğurur. Əgər onlar həqiqətən oxucuları polis əməkdaşlarının epilepsiyadan əziyyət çəkən, eyni zamanda, şəhər Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan bir şəxsi döyərək öldürəcək qədər qəddar, acımasız olduqlarına inandırmağa cəhd edirsə, az qala sevincək şəkildə manşetlərə daşıyırsa, o zaman belələrinin normal düşüncəyə malik olduqlarına ən azından şübhə edirsən.

Digər tərəfdən, hazırda polis bölmələri, rayon, şəhər şöbə və idarələri müasir informasiya texnologiyalarının ən son nailiyyətləri, təhlükəsizlik kameraları ilə o dərəcədə təmin ediliblər, ərazi polis orqanlarına DİN-in, prokurorluğun, Ombudsman Aparatının və vətəndaş cəmiyyəti institutlarının nəzarəti o qədər güclüdür ki, orada vətəndaşlara qarşı hər hansı fiziki təzyiqin göstərilməsi praktiki cəhətdən mümkünsüzdür. Aidiyyatı bölmənin kamera görüntülərinə qısa bir nəzər salıb Rəşad Mehdiyevin döyülməsi barədə spekulyasiyalara son qoyulmasını, bu şəxsin PB-yə gətirilməsi ilə oradan aparılması arasında bir neçə dəqiqəlik zaman fərqinin olduğuna əmin olmaq kifayət edər. Bir də ki polis əməkdaşları olumla ölüm arasında qalmış bir zavallını niyə döyməlidir və ya onun ölümünə səbəb olmalıdır? Burada məntiq yoxdur...

Qeyd olunmalıdır ki, R.Mehdiyev xəstəxanaya daxil olduqdan təqribən iki gün sonra, aprelin 29-da beyninə qan sızmasından vəfat edib. Sağlığında gündəlik halı dava-dalaşda keçən, adi məişət hadisələri ilə qarşılaşdıqda, sözün həqiqi mənasında, anlaqsızlıqdan başını daşa-divara çırpan, bu üzdən yolu müxtəlif səhiyyə ocaqlarına düşən bu şəxs elə sonuncu dəfə qapalı kəllə-beyin travması, epilepsiya, simptomatik və təkrarlanan generalizə olunmuş qıcolmadan əziyyət çəkmə diaqnozu ilə 2 saylı Sumqayıt şəhər poliklinikasına müraciət edərək cari il martın 16-dan aprelin 17-dək olan müddətdə orada müalicə alıb. Yeri gəlmişkən, o, həmin xəstəxanaya daxil olubmuş. İndi yaxın qohumlarının və məsələyə siyasi çalar qatmağa çalışan bəzilərinin mərhumun müsəlman adət-ənənəsinə uyğun yuyulması zamanı çəkərək bir sıra KİV-lərdə və sosial şəbəkələrdə paylaşdıqları, guya polis zorakılığının "sübutu" kimi dəyərləndirdikləri fotoşəkillərdəki qan və digər xəsarət izləri isə adətən meyidin daxili və xarici müayinəsi zamanı yaranır. Əslində həmin fotoları çəkib paylaşanlar ilk növbədə mərhuma və onun ailəsinə qarşı hörmətsizlik edirlər...”x9d

xa0

Seymur Əliyev

xa0 xa0 xa0 xa0 xa0 xa0xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin