Ölkəmizdə bərpa olunan enerjinin payının artırılmasına texniki yardım göstəriləcək

Hazırda oxunan: Ölkəmizdə bərpa olunan enerjinin payının artırılmasına texniki yardım göstəriləcək

136123

Azərbaycanın elektroenergetika sistemində bərpa olunan enerjinin payının artırılmasına texniki yardım layihəsi həyata keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında bildirilib. 

Məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirilib. 

Görüşdə Dünya Bankının dəstəyi ilə “CESİ” məsləhətçi şirkəti tərəfindən həyata keçiriləcək “Azərbaycanın elektroenergetika sistemində bərpa olunan enerjinin payının artırılmasına texniki yardım” layihəsi nəzərdən keçirilib, layihə üzrə görüləcək işlər, atılacaq addımlar müzakirə edilib. 
Qeyd edilir ki, layihənin əsas məqsədi Azərbaycanda bərpa olunan enerji mənbələri hesabına əldə olunacaq elektrik enerjisinin şəbəkəyə ötürülməsi ilə əlaqədar müvafiq təhlillərin aparılması və hesabatın hazırlanmasıdır. Bu çərçivədə istehsalın və ötürücü şəbəkənin 2035-ci ilədək perspektiv inkişafına dair əlaqələndirilmiş planın hazırlanması da nəzərdə tutulur. 

Layihə üzrə aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflərin ilkin görüşü mayın 17-də keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin