Naxçıvana hərbi prokuror təyin edilib.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Baş prokuror Kamran Əliyev yeni təyinatla bağlı əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Aqil Axundova Naxçıvan hərbi prokurorunun vəzifəsinin icrası həvalə olunub.
Bizim.Media