“Azərsu”x9d Açıq Səhmdar Cəmiyyəti respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir.
Moderator.az-ın xəbərinə görə, içməli su çatışmazlığından əziyyət çəkən Balakən rayonunun Hənifə kəndində icra olunan layihə uğurla başa çatdırılıb.
1200 fərdi ev təsərrüfatından ibarət olan və 6500 nəfər sakinin yaşadığı Balakən rayonunun Hənifə kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi bir neçə mərhələdə həyata keçirilib.
Ümumilikdə Hənifə kəndində yeni su təchizatı sistemlərinin yaradılması nəticəsində 2500-dək sakinin içməli xa0su təchizatı yaxşılaşdırılıb.
Qeyd edək ki, Balakən rayonunun Hənifə kəndinin bir hissəsi yerli bələdiyyənin balansında olan su təchizatı sistemlərindən istifadə edir.
































































































