Şimal-Qərb bölgəsinin 31 məktəblisi olimpiada qalibi oldu 

Hazırda oxunan: Şimal-Qərb bölgəsinin 31 məktəblisi olimpiada qalibi oldu 

135990

Şimal-Qərb bölgəsinin 31 məktəblisi olimpiada qalibi olub. Onlardan 3 nəfəri qızıl, 11 nəfəri gümüş, 17 nəfəri isə bürünc medal qazanıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki-Zaqatala regional təhsil idarəsindən məlumat verilib. 

Bu yüksək göstərici Respublika Fənn Olimpiadasının final mərhələsinin nəticələrindən sonra bəlli olub. 

Qeyd olunur ki, 2022-2023-cü tədris ilində keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsinin nəticələrinə əsasən (Kimya fənni xaric - red) Şəki-Zaqatala regional təhsil idarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 3 nəfər qızıl, 11 nəfər gümüş, 17 nəfər isə bürünc medal qazanıb. 
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsidir. Digər tərəfdən şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin