Moderator.az KXCP sədri Mirmahmud Mirəlioğlunun şəhidlərə ithaf etdiyi möhtəşəm bir yazını oxuculara təqdim edir. İnanırıq ki, şəhid ucalığını, şəhid məqamının aliliyini son dərəcədə dəqiq, obrazlı ifadələrlə təsvir edən bu yazı, həyatını Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, şərəf və namusuna fəda edən bütün şəhidlərimizə böyük sevgi və ehtiramın təzahüri kimi hər kəs tərəfindən maraqla qarşılanacaq və sevə-sevə oxunacaqdır.
Şəhidlik
hər kəsin arzusudur, lakin hər kəsin nəsibi olmaz
Bu
vərəqlər neçə müddətdir ki, maşının oturacağında... Çox yerlər gəzib maşınla...
O qədər günəş enerjisi qəbul edib ki...
Şəhid oğlu şəhid albay Raqubun dəfnində...
məzarı üstündə dediklərim və ...
demədiklərim...
2016-cı
ilin aprel şəhidlərinə...
Şəhid
oğlu şəhid Raqubun, Qazi oğlu şəhid
Rasimin... Və onların simasında
bütün şəhidlərimizin uca xatirəsinə... aciz, zəif sözlər...
Ey
şəhid oğlu şəhid !
Ey
Qazi oğlu şəhid !
Məqamını
ali. Təyinatın ALLAHdan!. Sənin olduğun ali məqam hər kəsin arzusu, lakin hər
kəsin nəsibi olmaz.
Hamımız
öləcəyik, lakin hamımız şəhid olmayacaq!
Torpağımızı
Vətən etdin ,
İnşanımızı vətəndaş!
Bayrağımızı
ucaltdın!
Ruhumuzu
diriltdin!
Dünyada
alnımızı açıq, üzümüzü ağ etdin.
Bizə
şərəf gətirdin, öz şərəfinlə.
Bizi
birləşdirdin ”“ hamını adam, insan, vətəndaş etdin!
Azərbaycanımızı
”“ canımızı bizə qaytardın, sevdirdin, canını verərək!
ALLAH
qatına yüksəldin!
Qəbul
olan dualar kimi.
Qəbul
olan dualar - ALLAH qatında özü də, dua edər:
Deyərlər
: “Ey şəxs, ALLAH səni ucaltsın , sən məni ucaltdığın qədər”x9d.
Azərbaycanı,
Vətəni ALLAH qatına yüksəldən şəhidlər -
Qan
yaddaşımızı təzələdiniz.
Bizə
uğur, döyüş əzmi yaşatdınız.
Şəhidliyi
sözlüyümüzə gətirən Sizdən 26 il öncə bu yolu gedən böyüklərimizin - 20 yanvar
şəhidlərinin də yanında üzümüzü ağ etdiniz. 20
yanvardan Sizin Gününüzə qədər olan şəhidlərin ruhunu sevindirdiniz.
Qardaşlarınız Mübarizin, Fəridin ruhunu şad etdiniz.
Ey
hər şeyə qadir ALLAHın ən əzizləri şəhidlər!
Sizə
layiq söz demək çox çətin...
Siz.
ALLAH rəhmətinə bələnən, qovuşan, ALLAH
qatında ruzilənən əbədi həyat sakinləri!
Canınızla,
qanınızla bizi şərəfləndirib, başımıza tac oldunuz!
İndi
də, ruhunuzla, duanızla torpağı, Vətəni, Cahanı qoruyursunuz!
Missiyanız
davam edir!
20
yanvar şəhidlərinin 4-cü ildönümündə dediyimiz bir fikri bir daha təkrar edirəm: “ Allah şəhidlərimizə, bütün
şəhidlərə rəhmət eyləsin, Ruhları şad olsun!
Şəhidlərin
qanından siyasi məqsədlər üçün istifadə
edənlərə ALLAHın lənəti olsun”x9d.
Şəxsən tanınmağım, bizi Dünyaya tanıdan
şəhidlərə !
Şəhid
sahinlərə!
Özləri
də ruhları ilə birgə göydə olanlara. Bizi-
BİZ edib, özləri qədər göylərə ucaldanlara!
Sizi
şəxsən tanımasaq da...
ALLAHI,
MİLLƏTİ , Ümməti, Torpağı, Vətəni,
Dövləti, Bayrağı tanıyanlara, tanıdanlara!
-
Bizim şəhid babalarımız vardı.
-
Bizim şəhid qardaş - bacılarımız vardı.
-
Bizim şəhid balalarımız var!
Övladlar bizim genefondumuzdur. Genefondumuzu
qorumaq - vəzifəmiz, boynumuzun borcudur.
-
Bizim şəhidlərimiz Vətənimizin, Dövlətimizin, Bayrağımızın, Dinimizin,
İmanımızın, Özümüzün, sözümüzün,
canımızın, qanımızın varlığıdır!
Şəhidlər
istiqlalımızın qarantıdır
- Bizim şəhid Babalardan birinin məşhur sözü
beləydi.
“İndi şəhid olmaq, gərək .ALLAH-ım lütf qıl, o mən olayım”x9d.
Qafqaz
İslam Ordusunun Acıdərədə uyuyan, kimliyimizi yaşadan şəhid Qədir Əfəndinin
əbədi yaşar sözləri...
Mübarək
məqamınız - bizi Sizlərə davamçı olmağa çağırır.
Bu
çağrı - Qələbə çağrısıdır!
Bu
Qələbə - çox yaxındadır!
Bu
Qələbə - bircə istəkdən asılıdır!
Bu qələbəni - nədənsə çox da asılı qoymayaq!
Şəhidlərin qanın yerdə qoymayaq!
Yoxsa hər şey, hava, su, nəfəs, can,
yığdıqlarımız, yığmaq istədiklərimiz, əlimizdə olanla, əldə etmək
istədiklərimiz bizə haram olacaq!
Guya
mən də nəsə dedim .Çıxış etdim. Ən böyük çıxışı şəhid özü
edib. Məşhur şairin dediyi kimi : - “...Nələr etmədik bu Vətən üçün, Kimimiz şəhid oldu, kimimiz nitq söylədi”x9d.
Mirmahmud
Mirəlioğlu
KXCP
sədri
İstiqlalçı
millət vəkili

































































































