II Dünya Müharibəsində yaralanan xalq şairlərimiz və yazıçılarımız...

Hazırda oxunan: II Dünya Müharibəsində yaralanan xalq şairlərimiz və yazıçılarımız...

135880

II Dünya Müharibəsində bir qrup xalq şairləri və yazıçıları birbaşa döyüşüb, digərləri isə mütəmadi olaraq cəbhələrə gedib əsgərlərin yanında olublar. Bir neçəsi hərbi müxbir kimi müharibədə olub. Amma bəziləri də müharibənin od-atəşindən qurtula bilməyiblər.

Moderator.az xa09 may Qələbə günü münasibətilə təqdim edəcəyi yazıda II Dünya Müharibəsində yaralanan xalq şairlərimiz və yazıçılarımızdan danışacaq:
Birinci Hüseyn Arifdən başlayaq. Adətən baməzə zarafatları ilə tanınan xalq şairi müharibədə yaralanır. Bu hadisə əslində onu zabit rütbəsinə aparır. O, İkinci Dünya Müharibəsi dövründə döyüşən ordu tərkibində Ukrayna cəbhəsində, Polşa, Çexoslovakiya və Almaniya kimi ölkələrdə olur. Elə xa0orada da yaralanır. Müalicə olunandan sonra Moskva Hərbi mühəndislik məktəbinə göndərilir.
1943-1945-ci illərdə SSRİ Xalq Daxili İşlər Komissarlığı qoşunları tərkibində vzvod komandiri olur. 1989-cu ildə xalq şairi adını alacaq H.Arif 1946-cı ildə ordudan təxris olunur.
Yazıçı Bayram Bayramov xa0müharibədə Mozdok uğrunda döyüşlərdə iştirak edir və 1942-ci ildə ağır yaralanır. Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik edir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq edir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirir.

Mərhum xalq şairi Nəbi Xəzri xa0müharibədə güllə yarası almasa da üzləşdiyi ağır xəstəlik onu çətin duruma salır. Nəbi Xəzri 1942-43-cü illərdə II Dünya Müharibəsində iştirak edib. 1943-cü ildə xa0çox ağır xəstələnir, ordudan təxris olunur. Amma şair o dərəcədə ağır xəstə olubmuş ki, evə dönəndə doğma bacısı belə, onu tanıya bilməyib. Şair bir ay ancaq su ilə qidalanır. Möhkəm xəstələndiyi üçün o zamanlar Bakı əhalisinin övliyyası olan Mir Mövsüm ağanın evinə də aparılır və orada qidalanır.
xa0
Azərbaycan yazıçılarından Hüseyn Abbaszadə "Birinci dərəcəli Böyük Vətən Müharibəsi" ordeni, xa0Qılman İlkin xa0isə xa0"İkinci dərəcəli Böyük Vətən Müharibəsi" ordeni ilə təltif edilib.

Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Rəsul Rza, Əli Vəliyev və İlyas Əfəndiyev kimi xalq yazıçı və şairləri isə dəfələrlə 416-cı diviziyada, eləcə də cəbhənin ayrı-ayrı nöqtələrinə gedib döyüşçü əsgərlərlə söhbət edib, ailələrinin məktublarını əsgərlərə çatdırıblar. İsmayıl Şıxlı və Ənvər Məmmədxanlını da müharibədə cəfa çəkən yazıçılarımız sırasında göstərməliyik.Müharibə haqqında bəlkə də ən təsirli əsərləri elə bu iki sənətkar yazıb. İsmayıl Şıxlının “Cəbhə gündəlikləri”x9d klassik əsərlər sırasına düşüb.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin