Şimal-Qərb bölgəsində temperatur enib, yağış yağıb - Faktiki hava

Hazırda oxunan: Şimal-Qərb bölgəsində temperatur enib, yağış yağıb - Faktiki hava

135871

Artıq bir həftəyə yaxındır ki, ölkə ərazisində olduğu kimi Şimal-Qərb rayonlarında da qeyri-sabit, əsasən yağmurlu hava şəraiti hökm sürür. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, fasilələrlə davam edən yağmurlu hava şəraiti hər hansı fəsadlara yol açmayıb. 
 

Bölgədə havanın temperaturu 20-23 dərəcədən tədricən 10-12 dərəcəyə kimi enib. Böyük Qafqazın cənub yamaclarında, yüksək dağlıq ərazilərdə isə axşamlar temperatur 8 dərəcə müşahidə olunur. 

Havaların yağmurlu keçməsi bölgənin dağlıq ərazilərində meyvə və bostan-tərəvəz bitkilərinin inkişafına qismən təsir etsə də aranda dənli bitkilər üçün mühüm rol oynayır. Bitkiçilik üzrə mütəxəssislərin fikrincə, xüsusən dəmyə torpaqlarda əkilən buğda üçün bu yağışların rolu vacib idi. 

Şəki regional hava məlumat mərkəzindən bildirilib ki, bu gün də bölgə ərazisində fasilələrlə yağıntılar davam edəcək. Qeyri-sabit hava şəraiti isə daha bir neçə gün sürəcək. 
 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin