Qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı REYD – FOTOLAR

Hazırda oxunan: Qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı REYD – FOTOLAR

13585

Respublika Balıqçılar İttifaqı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Kür çayının Şəmkir rayonunun ərazisindən keçən hissəsində qanunsuz və qadağan olunan vasitələrlə balıq tutumaqla məşğul olan şəxslərə qarşı reyd keçirilib.

Bizim.Media xəbər verir ki, keçirilən reyd zamanı Kür çayı sahilində qanunsuz, həmçinin istifadəsinə tamamilə qadağan edilən vasitələrdən istifadə etməklə balıq tutulması prossesinin aparıldığı məlum olub.

Xüsusən dövlət tərəfindən istifadəsinə qadağa qoyulan sintentik torlardan istifadə edilməsi faktları aşkarlanıb.

“Reyd bir daha göstərdi ki, brokonyerlərlə yanaşı hətta bəzi kvota sahibləri belə tətbiq olunan qaydaları kobud şəkildə pozur. Söhbət ondan gedir ki, rəsmi icazəsi olan bəzi şəxslər göstərilən rəqəmlərdən dəfələrlə artıq balıq tutur”, - deyə Azərbaycan Balıqçılar İttifaqının sədri Əfqan Əliyev bildirib.

Reyd zamanı brokonyerlərə məxsus motorlu qayıq aşkarlanıb. Qadağan olunan sintetik torlar tamamilə məhv edilib.

Ümumiyyətlə, təkcə Kür çayının qərb bölgəsindən keçən hissəsində deyil, Azərbaycanın bir çox ərazilərində balıq tutulması prossesi qaydaların kobud şəkildə pozulması ilə də müşahidə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin