Beyləqanda şəhid ailəsinə məxsus təsərrüfatda edilmiş oğurluqla bağlı DİN açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı Bizim.Media-nın yerli bürosuna bildirib ki, Vətən Müharibəsi şəhidi Siyahim Dəmirovun ailə üzvlərinə məxsus Beyləqan rayonu ərazisində yerləşən fərdi yaşayış evindən oğurluq edilməsi barədə RPŞ-yə məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Beyləqanda şəhid ailəsinə məxsus təsərrüfatdan OĞURLUQ - FOTO
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb, hazırda əməli törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, şəhidin ailə üzvlərinə məxsus təsərüfatdan xırda buynuzlu heyvan oğurlanıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu