Qusar Şəhidlər Xiyabanındakı lövhədə yol verilmiş səhv ARADAN QALDIRILMAYIB 

Hazırda oxunan: Qusar Şəhidlər Xiyabanındakı lövhədə yol verilmiş səhv ARADAN QALDIRILMAYIB 

135790

Qusar Şəhidlər Xiyabanındakı lövhədə yol verilmiş səhv aradan qaldırılmayıb. 

Bir müdddət əvvəl sosial şəbəkələrdə Qusar Şəhidlər Xiyabanında lövhədə yazılmış "Torpaq uğrunda ölən varsa Vətəndir" sözlərinin yazılışında səhv olduğu barədə məlumatlar yayılmışdı.

Səhv aradan qaldırıldıqdan sonra həmin cümlədə növbəti səhvə yol verilib. Bu dəfə “varsa”sözündən sonra vergül qoyulması unudulub. 

Bizim.Media-nın da işıqlandırdığı məsələ ilə bağlı Qusar rayon İcra Hakimiyyətindən mövqe öyrəndik. 
 

MÖVZU İLƏ BAĞLI:

Qusar Şəhidlər Xiyabanındakı KOBUD SƏHV - İcra Hakimiyyəti HƏRƏKƏTƏ KEÇDİ


Qurumdan bildirilib ki, Qusar rayon İcra Hakimiyyəti başçısının Qusar şəhəri üzrə nümayəndəsi Nahid Arazov bu məsələ ilə məşğuldur və qısa vaxt ərzində lövhədəki cümlədə “varsa” sözündən sonra vergül qoyulması qısa vaxt ərzində bərpa ediləcək. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin