Təhlükəli vəziyyətdə olduğu deyilən binanın rəhbəri Pravda.az-ı təhdid etdi: "Sizə bir gün vaxt verirəm..."

Hazırda oxunan: Təhlükəli vəziyyətdə olduğu deyilən binanın rəhbəri Pravda.az-ı təhdid etdi: "Sizə bir gün vaxt verirəm..."

135779

Xəbər verdiyimiz kimi, Bakının Nəsimi rayonunda, “3-cü mikrorayon bazarı” adlanan ərazinin yaxınlığında 2007-ciildə tikintisi başlanıldığı bildirilən dəmir konstruksiyalı çoxmərtəbəli binanın inşası uzun müddətdir dayandırılıb.

Bizim.Media xəbər verir ki, Pravda.az bir neçə gün öncə sosial şəbəkələrdə paylaşılan məlumatlara əsaslanaraq xəbər verib ki, dəmir konstruksiyalar uzun illər ərzində əlverişsiz hava şəraiti, yağışlar nəticəsində korroziyaya uğrayıb və vətəndaşlar sözügedən binanın, o cümlədən kranın aşma təhlükəsindən narahatdırlar.

Xəbərdə də qeyd olunduğu kimi, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə mayın 9-da sorğu göndərilsə də, hələ də heç bir mövqe bildirilməyib.

Fövqəladə Hallar Nazirliyindən isə mövqe bildirəcəyi barədə məlumat verilib.

Bu gün özünü həmin binanı tikən şirkətin sahibi kimi qələmə verən şəxs Pravda.az-ın redaksiyasına zəng edib, saytımızı şirkətin işinə ziyan vurmaqda ittiham edib, tikinti işlərinin hazırda davam etdiyini iddia edib. "Sizə bir gün vaxt verirəm, xəbəri saytdan silməsəniz, məhkəməyə müraciət edəcəyəm və digər addımlar atacağam" deyərək hədələyib.

Eyni zamanda onun "həmin ərazidə yaşayan var ki? yazmısınız, "sakinlər təhlükədədir" sözlərindən də aydın olub ki, saytımızda yayımlanan xəbəri diqqətlə oxumayıb.

Sözügedən xəbərdə "sakinlər" yox, "vətəndaşlar" ifadəsi işlədilib. "Vətəndaşlar" ifadəsi isə tikintisi uzun illərdir, heç kimə bəlli olmayan səbəblərdən yarımçıq saxlanılan binanın "sakinləri"nə aid deyil. Təbii ki, hər hansı ərazidə təhlükəli obyekt varsa, bu, həmin obyektin əhatəsindəki məktəb, iaşə obyektləri, iş yerləri, piyadalar və s. üçün təhlükə yaradır.

Saytımızı təhdid edən şəxs nə "sahiblik" etdiyi şirkət barədə məlumat verməyib, nə də tikintinin hansı səbəbdən dayandırılmasına heç bir aydınlıq gətirməyib.

O deyib ki, "məlumatı gəlib ərazidəki mühafizəçi ilə dəqiqləşdirmək lazım idi".

Bir daha vurğulamaq istəyirik ki, mələsəni dəqiqələşdirmək üçün aidiyyəti strukturlara sorğu verilib.

Tikinti şirkətinin sahibi olduğunu iddia edən şəxsə mələsəyə aydınlıq gətirməyi, mövqe bildirməyi təklif etsək də, o, uca səslə "sizinlə bağlı tədbir görəcəyəm" deyərək dəstəyi asıb.

Mövzunu davam etdirəcəyik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin