“Məhəmməd çox vətənpərvər idi. Axşam saat 8-də atası ilə danışıb, saat 9-da şəhid xəbəri gəldi”.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bunu şəhidin əmisi Zöhrab Qarayev əməkdaşımıza açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Şəhid Məhəmməd Qarayevin evindən REPORTAJ
O bildirib ki, 40 gün sonra M. Qarayevin hərbi xidməti başa çatırdı: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbr versin”.
Qeyd edək ki, ötən gün əsgər Məhəmməd Qarayev erməni təxribatı nəticəsində şəhid olub.
Şəhid M.Qarayev bu gün doğulduğu Qəbələdə dəfn olunacaq. 2001-ci il təvəllüdlü Məhəmməd Qayrayev İqtisad Universitetinin (ADİU) məzunu olub. İyun ayında hərbi xidməti başa çatacaqdı. Mahir ailənin tək oğul övladı olub, bir bacısı var.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu