Xəbər verdiyimiz kimi Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və rayonlararası avtobus marşrutları üçün müəyyən edilən sərnişin biletlərinin qiymətindən baha satıldığı iddia olunur.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassasından Bakı-Qaradağlı reysinə bilet alan sərnişinin iddiasına görə gediş haqqı 11.70 olduğu halda ondan 12.50 manat alınıb.
MÖVZU İLƏ BAĞLI:
Bakı Avtovağzalında ÖZBAŞINALIQ – Sərnişinlərdən bilet qiymətindən əlavə ÖDƏNİŞ tələb edilir - FOTOFAKT
Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişin şikayəti əsasında məsələni araşdırıb.
Bu barədə qurumdan Bizim.Media-ya araşdırmanın nəticəsi barədə açqlama verilib.
Bildirilib ki, kassaya nəzarət kameraları vasitəsilə bilet satışı prosesi izlənilib:
“Görüntülər kassir tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədiyini sübut edir.
Belə ki, 06.05.2013 tarixində Bakı-Ağdam (Qaradağlı) avtobus reysinə bilet alan sərnişin mövcud tarifə əsasən, 11 manat 70 qəpik gediş haqqı üçün 15 manat ödəyib. Kassir tərəfindən ona biletlə bərabər 3 manat 30 qəpik qalıq qaytarılıb. Beləliklə, iddia təsdiqini tapmayıb”, -deyə məlumatda qeyd olunub.
Alçina Amilqızı, Bizim.Media