Başından yaralanan hərbçimizin vəziyyəti necədir? - VİDEO 

Hazırda oxunan: Başından yaralanan hərbçimizin vəziyyəti necədir? - VİDEO 

135762

Mayın 10-u axşam saatlarında Ermənistan ordusunun Basarkeçər rayonunun Zod istiqamətində törətdiyi təxribat nəticəsində ağır yaralanan hərbçimiz Müslüm Mahmudlu Qax rayonunun Əmircan kəndindəndir. 

Bizim.Media xəbər verir ki, İctimai TV yaralı hərbçimizin evində olub. M.Mahmudovun əmisi bildirib ki, o, 3 ay imiş müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirirmiş. Yaralı hərbçinin həyatına təhlükənin olmadığını bildirən ailə üzvləri onun Bakıya təxliyə ediləcəyini deyib.  

Müdafiə Nazirliyinin mayın 10-da yaydığı məlumatda başından ağır yaralanan müddətdən artıqı hərbi qulluqçunun dərhal hərbi tibb müəssisəsinə çatdırıldığı qeyd edilib. Zod istiqamətində gərgin vəziyyət hələ də davam edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin