Bakıda və Abşeron yarımadasında mayın 13-ü axşamdan 15-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.
Bu gün və sabah axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında mayın 13-dən 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi kiçik çaylardan qısamüddətli sel keçəcəyi ehtimalı var.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:39 / 13.05.2023
Hava şəraiti dəyişəcək: Leysan, qar… - XƏBƏRDARLIQ
Hazırda oxunan: Hava şəraiti dəyişəcək: Leysan, qar… - XƏBƏRDARLIQ
Hazırda oxunan: Hava şəraiti dəyişəcək: Leysan, qar… - XƏBƏRDARLIQ
135757
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.