Dünyanın aparıcı su mühəndisləri və mütəxəssisləri 30 mayda Bakıda toplaşacaqlar

Hazırda oxunan: Dünyanın aparıcı su mühəndisləri və mütəxəssisləri 30 mayda Bakıda toplaşacaqlar

135738

“Aqualink” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə 30 may 2023-cü il tarixində Bakıda artıq ikinci dəfə təşkil ediləcək Xəzər Su İnnovasiya Forumu bu dəfə də öz zəngin mövzu və qonaqları ilə fərqlənəcək. 

Bizim.Media xəbər verir ki, bu ilki  Foruma dünyanın 15 ölkəsindən 26 aparıcı şirkət, o cümlədən 60 dan çox peşəkar mütəxəssislər qatılacaqlar.

Tükənən şirin su ehtiyatları, dəyişən iqlim şəraiti və qlobal istiləşmə dünyada hər kəsin diqqətini içməli su və onun səmərəli idarəedilməsinə yönəltdiyi bir dönəmdə Xəzər Su İnnovasiya Forumu dünyanın su sənayesinin aparıcı iştirakçılarını ölkəmizdə cəmləşdirəcək. 

Əsas mövzusu su ehtiyatlarının idarə edilməsi, tullantı su sistemləri və ətraf mühitə təsirləri, su sənayesində innovasiya və səmərəli həllərinə həsr olan Forum xarici və yerli mütəxəssis, dövlət nümayıəndələrinin çıxışları ilə adıçəkilən mövzuları əhatə edəcəkdir.

Forumda ölkəmiz və regionumuz üçün əhəmiyyətli olan bu mövzular üzrə peşəkar rəylər, çıxış və təqdimatlar, yeni texnologiyaların nümayişi, gələcək çağırışlar və onlara qarşı hazırolma üsulları, iştirakçılar və izləyicilər üçün əlverişli bilik və bacarıqlar, əməkdaşlıq imkanları veriləcək. 
Su texnologiyaları və kimya həlləri sahəsində dünyanın aparıcı şirkətlərindən olan “AO Smith”, “Nijhuis Saur İndustries”, “Unidro”, “PWNT”, “ARC Water Technologies", “Jumo” şirkətlərinin baş sponsorluğu “Ultraaqua”, “Sirab” və “Azərsu” ASC-nin sponsorluğu ilə təşkil ediləcək Forumda Amerika Birləşmiş Ştatları, Almaniya, İtaliya, Fransa, Niderland, Danimarka, Belçika krallıqlarının, Türkiyə, Ukrayna, İsrail, Yaponiya və s. ölkələrinin aparıcı və tanınmış şirkətləri öz təcrübələrini yerli sahibkarlarla paylaşacaqlar. 

Ölkəmizdə gedən iqtisadi inkişaf, quruculuq işləri və dövlətimizin su ehtiyatlarına qorunması, səmərəli idarə edilməsinə diqqəti dünyanın bir çox şirkətlərinin marağına səbəb olmuşdur  ki, Forumda aşağıda adları çəkilən aparıcı şirkətlər rəhbərlik səviyyəsində iştirak edərək, öz təcrübələrini paylaşacaq, yeni texnologiya və çözümlərini təqdim edəcək, eyni zamanda yerli sahibkarlarla əməkdaşlıq imkanlarını dəyərləndirəcəklər. 

1. AO Smith (ABŞ) 

2. Aqua-chem (ABŞ)            

3. Evoqua (ABŞ)     

4. Hach (ABŞ)         

5. Nitto Hydranautics (ABŞ)             

6. İDE Technologies (İzrail)               

7. Palgey maim (Agrigo) (İzrail)       

8. Atlantium Technologies (İzrail)  

9. Amiad (İzrail)     

10. Nijhuis (Avropa)               

11. Unidro (Avropa)               

12. PWNT (Avropa) 

13. Stereau (Avropa)             

14. Byosis (Avropa) 

15. Jumo (Avropa)  

16. Ecosoft (Avropa)              

17. Wilo pumps (Avropa)    

18. Waterlogic by Culligan (Avropa) 

19. Ultraaqua(Avropa)         

20. ARC Water Technologies (Türkiyə)          

21. Chemya A.S. (Türkiyə)   

22. Bimaks Kimya (Türkiyə) 

23. Akkim (Türkiyə) 

24. Filternox (Türkiyə)          

25. Kurita (Yaponiya)             

26. LG Chem (Koreya)           

Xəzər Su İnnovasiya Forumu Caspian Energy Clubun netvörkinq tərəfdaşlığı, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlıq dəstəyi ilə 30 May 2023-cü il tarixində ölkəmizdə sudan səmərəli istifadəni təşviq edəcək, su ehtiyatlarının və sənayedə suyun idarə edilməsində ən qabaqcıl yeniliklərlə ölkə sənayesinə öz töhfəsini verəcəkdir. 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi, “Azərsu” ASC-nin sponsorluğu, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatının dəstəyi və “Gələcək üçün su” şüarı ilə təşkil ediləcək Xəzər Su İnnovasiya Forumuna siz də dəstək olun. Bu fürsəti qaçırmayın! 
İştirak etmək üçün internet səhifəmizdən və sosial şəbəkə ünvanlarımızdan bizə yazın. Gəlin, gələcəyimiz üçün suyumuzu birlikdə qoruyaq! 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin