Qarabağ döyüşçüləri Şəhidlər Xiyabanında...- FOTO

Hazırda oxunan: Qarabağ döyüşçüləri Şəhidlər Xiyabanında...- FOTO

135719
Şuşanın işğal günündə Hollandiyadan, Lerikdən, Masallıdan, Lənkərandan, Sumqayıtdan və Bakıdan toplaşmış bir qrup birinci Qarabağ müharibəsi iştirakçıları Şəhidlər Xiyabanında görüşüblər.xa0

Moderator.az xəbər verir ki, 1992-19994-cü illərdə Ağdərə istiqamətində döyüşmüş keçmiş zabit və əsgərlərimiz, polkovnik Güloğlan Bağırov, polkovnik-leytenant Etibar Qənbərov, Elxan, Əlibəyli, Xəlil Dadaşov, Ceyhun Qafarov, İntiqam Məhəmmədov, Nuru Abdullayev ilk öncə Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin, Milli Qəhrəmanlarımızın, döyüş yoldaşlarının, məzarlarına çiçək dəstələri düzüblər. Şəhidlərimizin ruhunu hörmətlə yad edən döyüşçülərimiz şəhid olmuş döyüş yoldaşlarının ruhları qarşısında baş əyərək, Qarabağın azadlığı uğrunda son damla qanlarını axıdana qədər döyüşəcəklərinə and içiblər.xa0
Keçmiş döyüşçülər daha sonra Türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət ediblər. Azərbaycan üçün canından keçmiş qardaşlarımızın ruhlarını hörmətlə yad edərək ruhlarına dualar oxuyublar.xa0








Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin