Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev Estoniyanın Tallin şəhərində hərbi təhsil müəssisələri rəhbərlərinin 52-ci NATO Konfransında iştirak edib.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.
Baltik Müdafiə Kollecində keçirilən konfransda Estoniya Respublikasının Prezidenti cənab Alar Karis iştirakçıları salamlayaraq hərbi təhsil sahəsində inkişafın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Konfransda alyansın müttəfiq və tərəfdaş ölkələrinin hərbi təhsil rəhbərləri onlayn təhsilin hazırki və gələcək vəziyyəti mövzusunda ətraflı fikir mübadiləsi aparıblar.
Bundan başqa hərbi təhsilin modernizasiya olunması, bu sahədə informasiya və kommunikasiya vasitələrindən düzgün istifadə, kurikulum və digər üsulların təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
Konfrans ərzində müxtəlif mövzularda brifinqlər təqdim olunub, iştirakçıların sualları cavablandırılıb.
General-leytenant H.Piriyev bir çox təhsil müəssisələrinin rəhbərləri ilə görüşərək hərbi təhsilin inkişaf perspektivləri barədə müzakirələr aparıb.
Sonda birgə xatirə fotosu çəkdirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:00 / 12.05.2023
Hərbi təhsil müəssisələri rəhbərlərinin konfransı keçirilib
Hazırda oxunan: Hərbi təhsil müəssisələri rəhbərlərinin konfransı keçirilib
Hazırda oxunan: Hərbi təhsil müəssisələri rəhbərlərinin konfransı keçirilib
135711
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.