TƏBİB bu gün Bakıda, aeroport yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti barədə məlumat yayıb.
Qurumdan Bizim.Media-ya verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan 3 nəfər (1 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, Bakının Suraxanı rayonunda - aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi olub.
Yolda "Hyundai" və "Toyota Prius" markalı avtomobillər toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:49 / 12.05.2023
Aeroport yolunda iki maşın toqquşub – Yaralılar var
Hazırda oxunan: Aeroport yolunda iki maşın toqquşub – Yaralılar var
Hazırda oxunan: Aeroport yolunda iki maşın toqquşub – Yaralılar var
135658
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.