Abşeron rayonunda 1993-cü il təvəllüdlü “Oba” marketlər şəbəkəsinin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 12 saylı filialın müdri vəzifəsində işləyən Mehdi işçisi Oktaya xəsarət yetirib.
Bizim.Media “demokrat.az” istinadən xəbər verir ki, Mehdi müdiri vəzifəsində işlədiyi “Oba” marketlər şəbəkəsinin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 12 saylı filialında, səlahiyyəti və icazəsi olmadan gətirilən yeni malları qəbul etməsi ilə bağlı sözügedən mağazanın satıcı-kassiri işləyən Oktaya irad bildirməsi səbəbindən tərəflər arasında mübahisə yaranıb.
Mübahisə zamanı Mehdi Oktayın siftə nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, “Oba” marketlər şəbəkəsinin Xırdalan şəhərində yerləşən 12 saylı filialında müdür vəzifəsində işləyib:
“Hadisə baş verən günü işdən icazə alaraq evə getdim. Həmin gün saat 20 radələrində növbəni məndən təhvil alacaq digər işçi Vüqar zəng edərək depodan gələn malın mağazaya iştirakım olmadan qəbul edildiyini bildirdi və məni mağazaya çağırdı. Bu səbəbdən də iş yerinə gəldim. Mal mənim icazəm və iştirakım olmadan qəbul etdiyinə görə satıcı-kassir işləyən Oktaya iradımı bildirdim. Lakin Oktay haqsız olmasına baxmayaraq mənimlə aqressiv və kobud tərzdə danışdığından aramızda mübahisə yarandı. Baş vermiş mübahisə zamanı Oktay əli ilə məni itələdiyindən eyni hərəkətlə qarşılıq verdim. Bunu görən Vüqar isə dərhal bizi ayırdı. Həmin vaxt Oktay təpik atsa da, məni vura bilmədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra söhbət etmək məqsədilə Oktayla birlikdə anbara gedib:
“Oraya daxil olan zaman Oktayın sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurdum. Zərbənin təsirindən müvazinətini itirən Oktay yerə yıxıldı. Daha sonra isə ayağa qalxaraq yenə də mənimlə təhqiramiz və kobud formada danışdıqdan sonra oradan getdi”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Oktayın sözlərinə görə, “Oba” marketlər şəbəkəsinin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 12 saylı filialında satıcı-kassir vəzifəsində işləyir:
“Barəsində şikayət etdiyim Mehdi isə həmin filialın müdiridir, aramızda əvvəllər hər hansı bir narazılıq və ya mübahisə baş verməyib. Hadisə günü, saat 18 radələrində işdə olan zaman mağazaya anbardan məhsullar gətirildi. Həmin vaxt Mehdi mağazada olmadığından gətirilmiş malları təhvil alaraq vitrinlərə və dükana yerləşdirilməsini təmin etdim”.
Zərərçəkmiş qeyd edib ki, həmin gün saat 20 radələrində mağazaya gələn Mehdi bunu görüb və nə üçün onun icazəsi olmadan bunu etdiyini soruşub:
“Mən isə cavabımda niyyətimin yalnız kömək etmək olduğunu bildirdim. Bundan sonra Mehdi kobud tərzdə məndən kim olduğumu və hansı səlahiyyət əsasında malları qəbul etdiyimi bir daha soruşdu. Ondan bu tərzdə danışmamasmı xahiş etdim. Bu zaman Mehdi əsəbləşərək yaxamdan tutaraq məni anbara saldı və itələdi.
Zorakılıq etməməsini tələb etdiyimdə isə Mehdi əli ilə sinəmdən vurduğundan onu itələdim. Həmin vaxt Mehdi sifət nahiyəmdən bir dəfə yumruq zərbəsi vurdu və həmin zərbənin təsirindən huşumu itirdim, yerə yıxıldım. Bir neçə dəqiqə ərzində huşsuz vəziyyətdə qaldım.
Yaranmış səs-küyü iş yoldaşım Vüqar eşidərək oraya gəldi və Mehdini məndən kənarlaşdırdı. Bir qədər sonra özümə gəldim. Şikayət edəcəyimi bildirərək işdən çıxdım və evə getdim. Hadisə barədə atam Cabbara danışdım. Atam da Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat verdi”.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin şikayəti olmamasını nəzərə alıb.
Bu səbəbdən Mehdinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət nməsuliyyətindən azad edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:24 / 12.05.2023
Məşhur mağazalar şəbəkəsində müdirlə işçi arasında DAVA
Hazırda oxunan: Məşhur mağazalar şəbəkəsində müdirlə işçi arasında DAVA
Hazırda oxunan: Məşhur mağazalar şəbəkəsində müdirlə işçi arasında DAVA
135607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.