Şəhid Rəşid Mehdiyevin təltif edildiyi medal ailəsinə təqdim olunub

Hazırda oxunan: Şəhid Rəşid Mehdiyevin təltif edildiyi medal ailəsinə təqdim olunub

135596
Şəhid Rəşid Mehdiyevin təltif edildiyi medal Salyanda yaşayan ailəsinə təqdim olunub.

“Report”x9d xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Çıxış edənlər baş leytenant Rəşid Mehdiyevin qısa, lakin şərəfli həyat yolundan danışıblar. Bildirilib ki, o, hər zaman igidliyi və cəsurluğu ilə seçilib. Bu il aprelin 4-nə keçən gecə təmas xəttində erməni təxribatının qarşısını alarkən 26 yaşında şəhidlik zirvəsinə ucalıb. Tədbirdə o da bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri şəhidlərin qisasını alacaq. 
Rəşid Mehdiyevin ölümündən sonra təltif edildiyi "İgidliyə görə" medalı şəhidin anasına təqdim edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin