"Əmək bazarında şəffaflaşmaya yönəlik islahatlar uzunmüddətli hədəflərə söykənir".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Bir neçə yerdə çalışan işçi necə sığortalanır? – DETALLAR
Nazir qeyd edib ki, bu il sosial sığorta üzrə daxilolmalar proqnozdan artıqdır:
"Cari ilin 2 ayında məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8% artıb, Proqnozdan əlavə daxilolma 65,4 mln. manat təşkil edir".
Bizim.Media