Bu gün axşama doğru Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, axşam saatlarında Böyük Qafqazın cənub yamacı boyunca şimşək çaxıb, yağış yağıb.
Şəki ərazisində isə maraqlı yağmurlu hava müşahidə olunub. Belə ki, rayonun Böyük Qafqazın ətəklərində yerləşən kəndlərində cəmi 5-6 dəqiqə davam edən yağış sonradan bir dəqiqəlik dolu ilə əvəzlənib.
Leysan yağışı ilə birlikdə yağan dolu tez bir zamanda kəsib. Fəsadlar barədə hələlik məlumat yoxdur.
Şəki regional hava məlumatı mərkəzindən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, qeyri-sabit hava şəraiti qarşıdakı günlərdə də davam edəcək.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
- A-
- A
- A+
Cəmiyyət
20:44 / 11.05.2023
Şəkidə FAKTİKİ HAVA: Bölgəyə yağış və dolu yağıb - VİDEO
Hazırda oxunan: Şəkidə FAKTİKİ HAVA: Bölgəyə yağış və dolu yağıb - VİDEO
Hazırda oxunan: Şəkidə FAKTİKİ HAVA: Bölgəyə yağış və dolu yağıb - VİDEO
135530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.