Nəsimiyə niyə allahsız damğası vurublar?

Hazırda oxunan: Nəsimiyə niyə allahsız damğası vurublar?

135521
Qəzəl, bildiyimiz kimi, klassik Şərq şeiri növüdür; ərəb ədəbiyyatında yaranıb, yaxın və Orta Şərqdə, Cənub-Şərqi Asiya, həmçinin Azərbaycan poeziyasında da ən çox işlənən formadır, əruz vəzninin müxtəlif bəhrlərində yazılır. Əsasən, 5-12 (5-10) beytdən ibarət ictimai-siyasi, fəlsəfi məzmunlu bu şeir şəkli özündə həm də mifik-kosmoloji harmnoniya təzahür etdirir. Nizami, Nəsimi, Füzuli, Saib Təbrizi, Seyid Əzim Şirvani, Mir Möhsün Nəvvab, Natəvan, Həsənəli xan Qaradaği, Şah İsmayıl Xətai, Sədi, Hafiz, Cami, Nəvai qəzəlin mifik təsəvvüründə kosmoloji-sistematik xarakterləri əksər hallarda kod və şifrə vasitəsilə sözdə zahir etmişlər. Açığı, İmadəddin Nəsimi klassik nümunələrində də kosmoloji-mifik təəssürat sistemli-elmi təzahürdədir. Dahi şairin, demək olar, bütün qəzəllərində bu proses struktur quruluşunu elmi zəmindən götürür. Ölməz şairin «Sığmazam» qəzəli üzrə (əslində, qəzəldən bir-iki beyti nümunə gətirməklə) bu zəminə elmi-mifik və kosmoloji şərh verək. 

İlk olaraq deyək ki, «Sığmazam» qəzəli həzəc bəhrində, Mə fA İlün birləşməsinin 4 dəfə təkrarı vasitəsilə əmələ gəlmiş ölçüdə yazılıb. Qəzəldəki 4 təfilə ”“ 4+4+4+4=16 paralel yaradır. Yəni ifadə zamanı səs hər hecaya uyğun 16 paraleldə hərəkət cızır. Həmçinin 4 təfiləli bu qəzəlin hər sətrində 4 kəsişmə müşahidə edirik. 

 

Mə fA İlün        mə fA İlün     mə fA İlün        mə fA İlün

 

    1    2   3 4    5 6  7  8         9   10 11 12   13 14  15 16 

/Məndə sığar/ /iki cahan/, /mən bu caha/ /nə sığmazam/,

/Gövhəri-la/ /məkan mənəm/, /gövnü məka/ /nə sığmazam/.

 

Qəzəldə iki cahanın (maddi-mənəvi “aləm”x9d, cənnət-cəhənnəm, yer-göy) bir vücudda sığma ehtimalı var; lakin iki dünya sığan bir canın cahana sığmazlığı əlahiddə-fəvqəladə haldır. Ola bilsin, Nəsimi iki cahanın ”“ Göy və Yerin kosmoloji sirrinə varid olmağı bacardığı üçün bizdən bu təbəqələrə mifik baxış bucaqları ilə deyil, aydın nəzərlərlə baxmağı vacib bilib.

 

Göy (köy) sözünün güzgü əks çevrilməsi Yög (yeg-yek), Yer sözünün güzgü əks çevrilməsi Rey (ray-cənnət) kimi təsvir verir; deməli fitrətli şair Göydəki varlığın yek, 1, vahid, tək, bölünməz, göyün Allahın evi, məkanı olduğunu və cənnətin məhz Ona məxsus (cənnətə məhz Onun sahib) olduğunu demək istəyir. Ayrıca, Nəsimi Allahın «Mən sizi özümə bənzər (oxşar) yaratdım» fikrinə istinadən özündə Allah gücü, Allah genişliyi tapıb və canında iki dünya yerləşdirmək israrına sahib çıxıb.

 

/Ərşlə fərşu/ /kafü nun mən/ /də bulundu/ /cümlə çün/,

/Kəs sözunü/ /və əbsəm ol/, /şərhu bəya/ /nə sığmazam/.

 

Göyü, yeri, ümumilikdə kainatı öz canında daşımaq gücü ehtiva edən şair şərhə, bəyanə sığmadığını ərz edir, metafizik-kosmoloji biliyi olmayanlara sadəcə susmalarını vacib bilir. O mənada ki, Allah-İnsan nisbətində qeyri-real fikir müxtəlifliyi çaşqınlıq yaradır; belə halda məqsəd mənada izharlıq tapmağa yox, dinə, təriqətə yanlış fikir yönəltməyə xidmət edir. Əsrlərdir «Məndə sığar iki cahan, mən bu cahanə sığmazam» fikri Nəsimi baxış sistemində düzgün təhlil bucaqlarını tapmır deyə, cəmiyyətlər yanlış, kor-koranə yanaşmaları ilə yeniyetmə beyinləri zəhərləyib, nəsillərdə dahi şairə qarşı nifrət yaradıblar.  

 

/Kövnü məkan/ /dır ayətim/, /zati dürür/ /bidayətim/,

/Sən bu nişan/ /la bil məni/, /bil ki, nişa/ /nə sığmazam/.

 

Mifoloji yaranış modelinə uyğun qəzəldəki ilkin substansiyanı 4 ünsürlə də əlaqələndirmək olar ”“ su, od, hava və torpaq.

1-ci ünsür ”“ su. Şumer yaranışına görə dünyanın sudan ibarət olması, insanın, bütünlükdə mövcudatın 70-80 faiz su ilə əhatə olunması və s.-lə təzahür edir.

 

2-ci ünsür ”“ od. Şeytanın yaradılışına, göy təbəqələrinin odla çərçivələnməsi faktına, günəşə və dünyanın son günü mövcudatın odla məhv edilməsinə bir istinaddır.

 

3-cü ünsür ”“ hava. Şüurda paralel formalaşan insan ”“ yaradılış, canlı həyatın nəfəsalma gerçəkliyinə zəmin verən proses və s-dir.

 

4-cü ünsür ”“ torpaq. Adəmin (adamın) yarandığı təbəqə, canlı aləmin həyat mənbəyi kimi diqqət çəkir. Bu mənada deyək ki, qəzəlin ehtiva etdiyi su, od, hava və torpaq mifik təsəvvürü kosmoloji-harmonik təsəvvürlərlə fiziki əlaqəlidir. Buradakı 4 ünsür 3 fəsillə əlaqəli 12 qat yaradır ”“ yəni qəzəlin təfilələri 4 fəsil (3 ay) mifik-kosmoloji quruluşunu 12 aya (1 ilə) uyğun tutur: 4×3=12. Həmçinin, bu təfilələrdə 4 fəsil və 3 ay toplama sayı 7 vahidini verir ki, bu da göyün 7 qatdan, həftənin 7 gündən, musiqinin 7 notdan, «Quran»ın ilk surəsinin ("Fatihə") 7 ayədən və s. ibarət olması faktına dəlalət edir. 7 rəqəmi sirli, məchul və görünməz şeyləri öyrənmək və bilmək yoludur. Bu rəqəm məqsədi (1) və harmoniyanı (6) özündə birləşdirir, öz simmetriyasını yaradır.

 

Hər misradakı hecaların sayından (16) bu vahidi (7) çıxsaq fərq 9 edər. Bu da uşağın ana bətnindən azad olma vaxtına işarədir. Ayrıca, «Qurani-Kərim»də də «Tövbə» surəsinin nömrəsi 9-dur. Yaxud, bu simvol Qız qalasının «9» formasında tikilməsinə diqqət çəkir. Həmçinin bu proses dünyadakı 11 iqlimdən 9-unun Azərbaycanda olması faktı ilə də təzahür edə bilər.

Nəsimin fikir kosmoqonik təsiretməsində qəzəl təkcə fəlsəfi söz ehtivası deyil, həm də mənanın mifik-kosmoloji aspektdə təzahürüdür. Elə 1 il (12 ay) nisbətinin heca sayı (16) ilə toplanmasından alınan cəmin ”“ 28-in (12+16=28) qadın cinsi harmonal prosesi ilə Günəşin 28 günlük maqnit tsiklini yaratdığı ehtimalını verməsi də səbəbsiz deyil.

 

«Sığmazam» qəzəlində Yerin dönmə və fırlanma səbəbi, insanın qanla təminatı, qanın dövretmə sürəti şifrə şəklində sözdə zahir edir. Elm də sübut edir ki, Yerin 1 dərəcə dönməsi zamanı insan bədənində qan 10 dəfə, yer kürəsi 1 sutkada (24 saat) öz oxu ətrafında 360 dəfə dövr edir: yəni 360:10=36-12=24. Bu düstur qəzəlin kod və mifik-kosmoloji quruluşu tam uyğun gəlir.

Qəzəldə hər təfilənin kosmosentrik quruluş zəmini 1+1 ”“ iki heca düzümü ilə xarakterizə edir. Xəyali aspektdə hər təfilədəki hərfləri 4, 5 və ya 6 say hesabı ilə diqqətə çəksək, təxminən 37 (36) alarıq. Bu da təxmini olaraq insan bədəninin temperaturu ilə eyni nisbətdədir, həm də hüceyrənini 36 dərəcə burulması faktına sirayət edir. 

Yaxud hər təfilələrdəki hecaların sayı 4×4=16-dır. Lakin hər misrada ritm iki periodda aşınmaya məruz qalır. «Məndə sığar iki cahan» 1-ci aşınma, «Mən bu cahanə sığmazam» 2-ci aşınmadır. Bu da o deməkdir ki, 16 hecalıq misrada ritmik aşınmaya zəmin verən enmə bucaqlarının sayı 16:2=8-dir.  

 

Hər misrada 2 aşınma, 8 enmə bucağı varsa, iki misrada -1 beytdə bu 2+2 və 8+8-dir. Yəni 4+16=20. Bu, müsəlman təqvimində yeni ilin (yeni günün) başlanğıcı, martın 20-si, yazın yurdumuza qədəm qoyduğu günlə əlaqəli ola bilər.

 

Qəzəldəki ritmik aşınma bucaqlarının sayını (8-i) xəyali aspekt üzrə misralardakı hərflərin sayı (37) ilə toplasaq 8+37=45 alınar. Bu cəmdə də insanın xromosomlarının sayı özünü bəlli edir.

 

Hər təfiləni 1 paralel adlandırsaq, hər paraleldə 4 hərf, 2 heca genezisi bütöv hal yaratmış olar. Bu, o deməkdir ki, hər paraleldə 4+2=6 səs vahidi var. 4 paralelin səs vahidi də ortaq müstəvidə 24 edir. Bu da 1 sutkadakı saat nisbətlərinə işarədir.

 

Aşınma bucaq sayı ilə hərf miqdarını (45-i) paralellərdəki səs vahidi (6) və 1 sutka ”“ 24 saatla üst-üstə gəlsək ”“ 45+6+24=75 cavabını alarıq. Bu mifik şifrə açılışı 75 (76) ildən bir görünən Halley kometasına işarədir.

 

Göründüyü kimi, Nəsiminin hər qəzəlində təfilələrarası rəqəm qarşılığı, güzgü əks çevrilməsi və s. özlərində məxfi təfsilatlar gizlədir; onların kod açılışı ruhi zəmin verir.

 

Qəzəlin izhar etdiyi rəqəmlər əslində, kəmiyyət göstəricisi deyil. Nəsimi onların mifik-fəlsəfi zahirini bildiyi üçün fikirlərindəki miqdarı batini yönə çəkib.

 

Nəsimi Allahın səltənətinə necə girməyin yolunu bilirdi. O, çox gözəl bilirdi ki, «”¦Bir kimsə yenidən (Yuxarıdan) doğulmasa, Allahın səltənətini görə («Yəhya» 3, 3-cü ayə), bir kimsə sudan və Ruhdan doğulmasa, Allahın səltənətinə girə bilməz» («Yəhya» 3, 5-ci ayə). Yaxud Nəsimi tuş gəldiyi cəmiyyətlərin hamısında zülm, zillət, günah görmüşdü deyə «Ənəlhəqq» ifadəsini dilə gətirmişdi ”“ yəni (İsa Məsihin təbirincə) demək istəmişdi ki, «Siz aşağıdansınız (yəni Yerdən ”“ red. H.M.), Mən yuxarıdanam (yəni Göydən ”“ red. H.M.); siz bu dünyadansınız, Mən bu dünyadan deyiləm» («Yəhya» 8, 23-cü ayə).

 

Necə ki, İsa Məsih demişdi  Â«Mən və Ata birik» («Yəhya» 10,11, 30-cu ayə), Nəsimi də eynən, «Ənəlhəqq» deyərkən bu ifadəyə diqqət çəkmişdi. İsa da «Siz mənə «Müəllim» və «Rəbb» deyirsiniz və doğru söyləyirsiniz, ona görə ki, Mən Oyam» («Yəhya» 13, 13-cü ayə) demişdi və Özünü Allahın oğlu, Allah hesab etdiyi üçün çarmıxa çəkilmişdi ”“ çünki bəşər Onun nə dediyini dərk etməmişdi və etmədi də.

 

Nəsimini «Allah mənəm» ifadəsinin üstündə soymaq əslində, cəmiyyətlərin Allahı dərk etməməsi məğzidir. Dahi şairin bu ifadəni işlətməkdə məqsədi Allahın insanda cəm olması, Yerə-Göyə sığmayan Allahın insan ürəyinə sığa bilməsi faktına diqqət çəkmək idi. Onun «Məndə sığar iki cahan, mən bu cahanə sığmazam» (yəni Yer-Göy məndə sığır, lakin mənim iki cahan sığdıran vücudum günah dolu bir məkana sığmır, çünki iki cahanın sığdığı bu cana bir cahan hüdud vermir) fikri də eyni məntiqə sirayət edir. 

«Nəsimi» sözünün latın qrafikalı Azərbaycan əlifbası üzrə təhlilinə diqqət çəkək:

 

N (ne) ”“ 20

Ə (ə) ”“ 7

S (se) ”“ 25

İ (i) ”“ 14

M (me) ”“ 19

İ (i) ”“ 14

 

Alınan rəqəm qarşılığı toplamda (20+7+25+14+19+14=99) cəmini verir. Əslində, 99 rəqəmi birinci 9-la Adəmdən Nuha qədərki dövr yaşantısına, ikinci 9-la da Nuhdan hal-hazırkı dövr yaşantısına işarədir. Bunu yumru bir halqa içərisində baş-ayaq əks olunmuş iki 9 şəklində təsvir etsək, fikrimiz daha dəqiq izhar olunar. Yaxud islamda 99 rəqəmi müqəddəsdir, çünki Allahın ərəb dilində 99 adı var. Xristian ənənəsinə görə isə bu ədəd Tanrının birliyinə işarə edən mələkləri ifadə edir. Bir halda ki, Nəsimi bütün vücudu ilə Haqqa tapınıb, iman və dini etiqadlara hörmət-izzət nümayiş etdirib, hansı əsaslarla ona «Allahsız» damğası vurublar?!

 

İndi də «Nəsimi» sözünü sanskrit əlifbası üzrə təhlil edək:

 

Na (n) ”“ 5

Ə (ə, a) ”“ 12

S (sa, zə) ”“ 6

İ (i) ”“ 9

Ma (m) ”“ 5

İ (i) ”“  9

 

Toplamda (5+12+6+9+5+9=46) qarşılığı verən bu sistem «Sığmazam» qəzəlindəki aşınma bucaq sayı ilə hərf miqdarının cəminə işarədir. Həmçinin Nəsiminin Göy və Yer ”“ iki cahan kultunu 1+1 düsturu ilə çözüb 46-nın üzərinə gəlsək, (46+2=48) vəfat etdiyi yaşı (1369-1417) almış olarıq. 

 

«Nəsimi» sözünün güzgü əks çevrilməsi «İmisən ”“ misən ”“ mizan» kimi yozumlar verir. Bir halda ki, adının əsas mahiyyəti «Mizan» sözü ilə kodlaşdırılıb, Nəsiminin özünə «mizan-tərəzi», «Haqq ölçüsü ”“ Haqq» deməsi nə üçün ziddiyyət doğurur ki?

 

Ayrıca, «Nəsimi» sözünün iç qatlarında «nə?» (ismin sualı) və iki musiqi qamması ”“ musiqi notu əks olunur: «si», «mi». Bu notlardan biri ”“ «mi» 7 notun 3-cüsü, «si» isə 7-cisidir ”“ yəni sonuncusudur. 3-cü not «mi» muğamın ən məlahətli səs komponentidir; doğrudan da bu notda muğamın «Segah» şəbəkəsi daha ürəyəyatımlı səslənir. «Si» not komponenti ən zil səs vahididir. Bu o anlama gəlir ki, Nəsimi vücud etibarilə ən kəskin təbəqələri belə aşıb keçmək iqtidarında olmuşdur. «Si» 7-ci not olaraq 7 oktavalıq səs komponenti deməkdirsə, demək, görkəmli şair özünü ən ali qata çıxmağı bacaran Allah bəndəsi ”“ Allahı özündə sığdıran varlıq kimi xarakterizə etmiş, «Ənəlhəq» demişdir.    

 

Nəsiminin «Allahsız», «özünü Allah hesab etməsi» və s. kimi fikirlərdə qınaq hədəfi olması qərəz doğurmaya bilməz; o mənada ki, Nəsimi bəlkə də Allahı ən gerçək formada dərk edən yeganə şəxsdir.

Əgər 1 məqsədin rəqəmi, əlifbanın ilk hərfi olan "A" (Alfa) ilə başlanan hər şeydə aqressivlik və ambisiya forması kimi təzahür edirsə və 6 inam rəmzidirsə, göy qurşağının yeddi rəngini ifadə edir və təbiətlə harmoniyadadırsa «Sığmazam» qəzəlinin heca sayını ifadə edən 16 (rəqəm olaraq) Məqsədin ”“ Başlanğıcın (əslində, Allahın) insanla harmonik-kosmoloji təzahürüdür. Və Pifaqora görə, 1 ilahi gücü, 6 soyuğu ifadə edirsə, yenə də 16 (rəqəm olaraq) Allah fəhmi (təsiri) ilə ətraf aləmin (insan məkanının) əlahiddə qarşılıqlı izharıdır. Yaxud, qəzəlin hər təfiləsindəki 4 heca 4 rəqəminin ifadəsidirsə, sabitlik və möhkəmliklə əlaqəlidirsə, bu möhkəmlik kvadratla ”“ kosmosun tərəfləri, ilin fəsilləri və od, torpaq, hava və su ünsürləri ilə ifadə olunursa, Nəsimi Allah vahidini mənasız hesab edə bilməz.

 

Qəzəldəki enmə bucaqlarının sayını ifadə edən 8 rəqəmi maddi uğur rəmzidir. İki kvadratla ifadə olunduğu üçün kamil inam rəmzi sayılır. İki yerə bölünəndə də bərabər hissələrə ayrılır (4-4). Əlavə bölünmə zamanı, yenə bərabər hissələrə ayrılır (2-2-2-2), bu isə dördqat tarazlıq deməkdir. Deməli Nəsimi Allaha sonsuz dərəcədə iman edib, Allaha inamını dördqat tarazlıqda cilalayıb.

 

2 rəqəimi gündüz və gecə kimi əks anlayışların rəqəmidir. Tarazlıq və kontrast mənasında işlənir, müsbət və mənfi keyfiyyətləri özündə birləşdirir, 4 də son nəticəni səyahət və sınaqlar vasitəsi ilə əldə edən risk və təhlükə deməkdir. Bu rəqəmdəki qeyri-sabitlik inamsızlığa da gətirib çıxarır, ola bilsin, Nəsimini Allahsız hesab edənlər onun qəzəl aspektində zühur edən 1 sutka (24 saat) qarşılığına daha çox aludə olduqlarından onun ölümünə fitva verdilər.

 

Adı bütöv halda Seyid Əli (bəzi mənbələrdə Ömər) Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi (1369-cu il, Şamaxı ”“ 1417-ci il, Hələb) olan bu azərbaycanll şair, mütəfəkkir Haqqa necə asi ola bilərdi? Bir halda ki, Nəsimi ilk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdi, demək ki, Haqqı da yetərincə qavramışdı və ruhi istilanın nə olduğunu dürüst bilirdi.

 

Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin ”“ Əli ibn Sinanın, Xaqaninin, Nizaminin, Fələkinin, Həllac Mənsurun, Fəzlüllah Nəiminin, Şeyx Mahmud Şəbüstərinin, Övhədi Marağayinin və başqalarının adları Nəsimi poeziyasından qırmızı xətt kimi keçir. Bu qədər təfsilata varmağı ustalıqla bacaran bir dahi özünü Haqq mərtəbəsinə necə qaldıra bilərdi? Çünki adları çəkilən bu şəxsiyyətlərin hərəsi bir Allah hikmətidir. Nəsimini hürufi təsiri ilə qınağa tuş qoymaq heç bir ədəb-ərkana sığmır. Məhz Teymurləng də belə bir situasiyada rol oynadığı üçün Nəsimi vətəndən didərgin düşmüş, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olmuşdu.

Nəsimini bəllidir ki, hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları (?) üstündə Hələb şəhərində edam ediblər. Əslində, o, öz ideyalarını peşəkar filosof kimi yayırdı. Baxmayaraq ki, yaradıcılığının ilk dövrlərindən o, ustadı Nəimi kimi sufizm mövqeyində dayanmışdı və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirirdi, Haqq-Təalanın böyüklüyünə etiqad edirdi.

 

Nəsimi bir kainatdır, onun dərki üçün bizim bütün vücudumuz qavrayışa hazır olmalıdır. Bir halda ki, rəqəmlər də onun Allahda olması faktını isbatlayır, demək onun ölümünə fitva verənlər bağışlanmaz günahla qabaq-qənşərdirlər.(simsim.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin