Şuşada İLK DƏFƏ: “Natəvan” operası təqdim edilib - FOTO 

Hazırda oxunan: Şuşada İLK DƏFƏ: “Natəvan” operası təqdim edilib - FOTO 

135517

Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Fesitvalının sonuncu günündə ilk yaşanıb. 

Bizim.Media xəbər verir ki, Cıdır düzü Vasif Adıgözəlovun “Natəvan” operasının sədalarına bürünüb. 

Qeyd edək ki, Qarabağ xanının qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə həsr olunan opera Şuşada ilk dəfə nümayiş olunub. 
Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri yer alıb. Drijor isə Xalq artisti, operanın müəllifinin oğlu Yalçın Adıgözəlov olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin