Baş Prokurorluq və DİN-dən 20 il əvvəlki qətllə bağlı BİRGƏ MƏLUMAT  

Hazırda oxunan: Baş Prokurorluq və DİN-dən 20 il əvvəlki qətllə bağlı BİRGƏ MƏLUMAT  

135443

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ordubadda 20 il əvvəl baş verən qətl barədə birgə məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, "Naxçıvanda 20 il əvvəl törədilən qəsdən adam öldürmə hadisəsi üzrə cinayət işi başlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda 20 il əvvəl bacısını öldürüb həyətdə basdıran şəxs TUTULDU

 
Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Muxtar Respublikanın Daxili İşlər Nazirliyi, eləcə də Ordubad rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə Ordubad rayonunun Xurs kəndində qeyri-aşkar şəraitdə qəsdən adam öldürmə cinayəti müəyyən edilib. 

Aparılan araşdırmalarla Ordubad rayonunun Xurs kənd sakini 1967-ci il təvəllüdlü Elman Tarverdiyevin 2003-cü ildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Məlahət Tarverdiyeva qəsdən öldürərək yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən olunub. 
Meyit basdırıldığı yerdən qazılaraq çıxarılıb və ekspertiza təyin edilərək müayinəsi aparılıb. 

Faktla bağlı Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanıb. 

Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin