BANM-in tələbəsi “Famelab”x9d yarışmasında birinci olub

Hazırda oxunan: BANM-in tələbəsi “Famelab”x9d yarışmasında birinci olub

135411
British Council və Qafqaz Universitetinin birgə layihəsi olan Famelab -Şöhrət Labaratoriyası yarışmasının final mərhələsi keçirilib.

Elm və ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan 18-35 yaş arası olan şəxslərin iştirak etdiyi və çoxsaylı yarışma iştirakçılarından yalnız 10 nəfərin vəsiqə aldığı final mərhələsi olduqca gərgin və maraqlı keçib.

Belə ki, Bakı Ali Neft Məktəbinin tələbəsi Mirlan Kərimovun “Mexaniki dalğalar və rezonans”x9d mövzusunda, ADA Universitetinin tələbələri Samir Məmmədovun “Kriptoqrafiya”x9d mövzusunda, Könül Qurbanlının “Qlobal Peyk Sistemi”x9d mövzusunda, Qafqaz Universitetinin tələbələri Minəxanım Babayevanın “Kainatın tarixi”x9d mövzusunda, Vasif Cavadlının “Ehtiyat avtomat sistemi”x9d mövzusunda, Nuran Həsənovun “İşıqların rənglərə parçalanması”x9d mövzusunda, Leyla İbrahimlinin “Çoxbilmiş su”x9d mövzusunda, Bakı Dövlət Universitetinin tələbəsi Nəzrin Nəcəfzadənin “Streslər”x9d mövzusunda, Azərbaycan Tibb Universtetinin tələbəsi Arzu Rəsulzadənin “Göz yanılmaları”x9d mövzusunda təqdimatları həyəcanlandırıcı oldu və alqışlarla qarşılanıb.

İyirmi dəqiqəlik fasilədən sonra iştirakçıların da səsləri nəzərə alınmaqla münsiflər finalın qaliblərininin adlarını açıqlayıb:

I Yerin və “Ən çox rəğbət qazanan”x9d Yerin qalibi - Bakı Ali Neft Məktəbinin tələbəsi Mirlan Kərimov;xa0
II Yerin qalibi ”“ ADA Universitetinin tələbəsi Samir Məmmədov;
III Yerin qalibi isə Azərbaycan Tibb Universtetinin tələbəsi Arzu Rəsulzadə oldu

Qeyd edək ki, finalda birinci yerə layiq görülən layihə 2016-cı ilin iyun ayında Böyük Britaniyada keçiriləcək “Çeltenham Elm Festivalı”x9dnda ölkəmizi təmsil edəcək.

Yarışın sonunda Qafqaz Universitetinin rektoru professor Əhmət Saniç və British Councilin Azərbaycan üzrə direktoru Elizabet Vayt tərəfindən iştirakçılara hədiyyələr təqdim edildi, qaliblər mükafatlandırılıb.

BANM-in
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin