12 tibb müəssisəsinin adı DƏYİŞDİRİLDİ - SİYAHI 

Hazırda oxunan: 12 tibb müəssisəsinin adı DƏYİŞDİRİLDİ - SİYAHI 

135408

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil edilən bir sıra tibb müəssisələrinin adları dəyişdirilib. 

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, bir sıra tibb müəssisələrində ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir. 

Həyata keçirilən yeniliklərə uyğun olaraq, 10-dan çox tibb müəssisəsinin adı bundan sonrakı fəaliyyət istiqamətinə əsasən yenidən formalaşdırılıb.

Mərkəzin strukturuna daxil olan 8 nömrəli Şəhər Xəstəxanasının, 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarının (BŞX), Zabrat və Zirə Müalicə Diaqnostika Mərkəzlərinin adları aşağıdakı şəkildə dəyişdirilib: 

8 nömrəli Şəhər Xəstəxanası - Nardaran Sağlamlıq Mərkəzi 

12 nömrəli BŞX – Suraxanı Sağlamlıq Mərkəzi 

28 nömrəli BŞX – Bilgəh Sağlamlıq Mərkəzi 

Zabrat Müalicə Diaqnostika Mərkəzi - Zabrat Sağlamlıq Mərkəzi 

Zirə Müalicə Diaqnostika Mərkəzi - Zirə Sağlamlıq Mərkəzi 

9 nömrəli BŞX – 41 nömrəli Şəhər Poliklinikası 

13 nömrəli BŞX – 42 nömrəli Şəhər Poliklinikası 

15 nömrəli BŞX – 43 nömrəli Şəhər Poliklinikası 

18 nömrəli BŞX – 44 nömrəli Şəhər Poliklinikası 

22 nömrəli BŞX – 14 nömrəli Şəhər Poliklinikası 

31 nömrəli BŞX - 45 nömrəli Şəhər Poliklinikası 

32 nömrəli BŞX – 46 nömrəli Şəhər Poliklinikası 

Məlumat üçün bildirək ki, TƏBİB rəhbərliyinin göstərişinə əsasən, Mərkəzin tabeliyində olan bir sıra müəssisələrdə stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondu ləğv edilib və həmin müəssisələrdə ambulator- poliklinik xidmət gücləndirilib.
Qeyd olunan tibb müəssisələrinin adlarındakı bu dəyişiklik məhz həmin qərara uyğunlaşdırılıb və yeni istiqamət müəyyənləşdirilib. Həyata keçirilən bu tədbirlər tibbi kadrlardan səmərəli istifadə, ikin səhiyyə xidməti müəssisələrinin iş yükünün azaldılması və ambulator xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin