“Təəssüf ki, balalarımızı təhsili olmayan müəllimlərə həvalə etmişik” - EKSPERT

Hazırda oxunan: “Təəssüf ki, balalarımızı təhsili olmayan müəllimlərə həvalə etmişik” - EKSPERT

135386

“Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər müəllimin 5 800 nəfərinin ali və ya orta ixtisas təhsilinin olmaması üzücüdür. Təəssüf ki, onlar bu gün də bizim balalara təhsil verirlər”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi sözügedən məsələyə münasibət bildirərkən qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bağça tərbiyəçilərinin sertifikasiyası üçün normativ sənəd HAZIRLANIR


Onun sözlərinə görə proses 2011-ci ildən 2021-ci llin dekabrına qədər olan dövrə aiddir ki, o vaxt bağçalar müvafiq olan icra hakimiyyətlərinin tabeliyində idi:

“Həmin dövrdə müəyyən üsullarla – rüşvət, korrupsiya, tanışlıq və korrupsiya faktı əsasında həmin şəxslərin işə qəbulu, o cümlədən bağça müdiri vəzifəsinə təhsili olmayan şəxslərin cəlb olunması indiki xoşagəlməz mənzərəni ortaya çıxarıb. Bu gün Azərbaycan dövlət bağçalarında 100 mindən çox uşaq tərbiyə və təhsil alır.

Təəssüf ki, onların təlim-tərbiyəsini bu istiqamət üzrə bilik və bacarıqları olmayan şəxslərə həvalə etmişik. Bunu tənzimləmək lazımdır. Bilirsiz ki, dövlət başçısının  2021-ci ilin dekabrında imzaladığı sərəncamla bağçalar Elm və Təhsil Nazirliyinin balansına verilib. Artıq Nazirlik bu istiqamətdə müvafiq və əsaslı addımlar atmalıdır”. 

Ekspert əlavə edib ki, ilk olaraq onlayn qaydada şagirdlərin qeydiyyatı aparıldı, qarşıdakı dövrdə isə orada çalışan müəllim heyətinin sertifikasiyadan keçməsi, yeni müəllimlərin işə qəbul edilməsi kimi addımlar atılmalıdır:

“Biz  bu gün Təhsil haqqındakı qanunvericiliyə və məktəbəqədər hazırlıqla bağlı nizamnaməyə baxsaq, orada da qeyd olunur ki, tərbiyəçi-müəllim funksiyasını yalnız ali və orta ixtisas, təlim-tərbiyə təhsillini bitirmiş şəxslər həyata keçirə bilərlər. Fərz edin ki, kimya ixtisasını, yaxud kitabxanaçılıq fakültəsini bitirən şəxs uşaq başçasında müəllim-tərbiyəçi kimi çalışır. Bu dərəcədə acınacaqlı vəziyyət var. Hesab edirəm ki, problem tədricən öz həllini tapmalıdır”.

Alçina Amilqızı, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin