Daha bir qadını əri QƏTLƏ YETİRDİ

Hazırda oxunan: Daha bir qadını əri QƏTLƏ YETİRDİ

135382

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Mayın 10-u saat 12 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən mənzillərdən birində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media Sabunçu rayon prokurorluğuna istinadən xəbər verir ki,  aparılmış araşdırmalarla 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin arvadı Sevinc Quliyevaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zöhrab Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin