AQTA-nın laboratoriyası "İvanovka" kənd məhsullarına saxta rəy verir?

Hazırda oxunan: AQTA-nın laboratoriyası "İvanovka" kənd məhsullarına saxta rəy verir?

135374

"Ölkəmizdə marketlərdə satışda olan süd məhsulları ilə bağlı ciddi problemlər var. Ancaq çox təəssüflər olsun ki, onlar üzərində ciddi araşdırılma aparılmır. Mən üç il öncə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni fəaliyyətə başlayanda onların guya "çox böyük qiymətə yaradılmış" laboratoriyasına xama verdim və araşdırılmasını istədim.

Onlar mənə nəticə olaraq amorf sənəd verdilər, həmin sənəddə xama olub-olmaması isə göstərilmirdi. Nə qədər məcbur etdim, ancaq birmənalı cavab vermədilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

Süd məhsulları ilə bağlı müştəri şikayətlərinə də toxunan Eyyub Hüseynov bildirib:

“İlk baxışdan onlar süd məhsuluna bənzəyir, amma tərkibində nə olduğu bilinmir. Çox təəssüf olsun ki, aidiyyatı qurumlar bu məsələlərə epizodik baxır. 

Agentliyin hazırda əsas diqqətində isə etiket məlumatları ilə tərkib araşdırılması dayanır. Lakin bu onların hədəf nöqtəsi olsa da, hələ də, bir çox problemlər yaranır. Misal üçün, satılan qatığın üzündə qaymağı, ancaq həftələrlə xarab olmur. 
Azad İstehlakçılar Birliyi bu cür qatıqlara şübhəli yanaşır. Bir sözlə, bu sahədə ciddi problemlər var və xüsusən "İvanovka" mağazalar şəbəkəsi, kənd məhsulları, bazarlarda satılan bu kimi süd məhsullarına da böyük şübhələr var. Mütləq şəkildə istehlakçılar məhsulun buraxılma tarixi ilə yararlılıq tarixi arasındakı məsafəyə fikir versinlər. Əgər qısadırsa, ona üstünlük versinlər. Məhsulun üzərində "AZS" standartı olmasına mütləq üstünlük versinlər. Şübhələndikləri hallar olanda isə dövlət orqanlarına müraciət etsinlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin