"Postmodernistlər klassiklərdən hamilə qalmağa vərdiş ediblər" - ATMACA

Hazırda oxunan: "Postmodernistlər klassiklərdən hamilə qalmağa vərdiş ediblər" - ATMACA

135352
Yazıçı Seyran Səxavət şair Yafəs Türksəsin Kəramət Böyükçöllə müsahibəsi zamanı onun haqqında səsləndirdiyi fikirlərə Moderator.az-da münasibət bildirib. 

Moderator.az Seyran Səxavətin dediyi fikriləri olduğu kimi təqdim edir. 

“Bilirsiniz, cəmiyyətdə tanınmaq bir neçə cür olur. Yəni, ideal adam da, son dərəcə istedadlı adam da, həmişə haqqı danışan adam da tanınır, ağzına gələni danışan da. Məsələn, təsəvvür edək ki, cavan şairlər demişkən,  “Tarqovı”x9d küçəsində hamı geyimli-keçimli, səliqə-səhmanlı, ədəb-ərkanla gedir. Orda qəfildən bir nəfər lüt soyunur və başlayır gəzməyə. Bunu da həmin küçədə gəzənlər tanıyacaqlar və xəbər bütün şəhərə də yayılacaq. Hətta media orqanlarımız, televiziyalarımız da tapılacaq ki, o xəbəri işıqlandırsınlar. Elə də tanınmaq var, belə də tanınmaq var. 
Bir məsələni deyim, hörmətli böyük yazıçımız Sabir Əhmədli bir dəfə demişdi ki, Azərbaycanda diktoru yazıçıdan çox tanıyırlar. Baxmayaraq ki, mənim diktorlara böyük hörmətim var, diktorluq böyük sənətdir, ancaq biz belə şeylərə meylliyik. Fərq etməz ki, pis adam olsun, yaxşı adam olsun, əxlaqlı olsun, əxlaqsız olsun, əsas odur ki, onu hər gün ekranda, qəzetdə, saytda görək. Əvvəla bu, bizim psixologiyamızdı, mən bunu boşuna demədim. İkinci, Yafəs Türksəsin özünün dediyinə inansaq o, postmodernizm cərəyanın daşıyıcılarından biridir. Mən də onu üç-dörd dəfə “Space”x9d kanalında Elçin Əlibəylinin verilişində görmüşdüm. Yaxşı ki, o veriliş indi yoxdur. Birinci dəfə onu görəndə evdə tək idim, uşaqlar da hardasa bir-iki saatdan sonra evə qayıdacaqdılar. İnanın səmimiyyətimə, o Yafəs deyilənin dediklərinə baxdıqca evdə utanmağa adam olmadı, özüm-özümdən utandım. Onun əvəzinə də utandım, həmin verilişi aparan Elçin Əlibəylinin də əvəzinə utandım, “Space”x9d kanalının mövqeyindən də utandım, xəcalət çəkdim ki, ilahi, doğurdanmı Azərbaycanda bir ağıllı-başlı adam tapmayıb hər yetəni efirə çıxardırlar? 
Yafəsin nə danışdığından bir az xəbərim var, ancaq bilmirəm nə yazır, şeir yazır, hekayə yazır, bir sözlə nə yazdığından xəbərim yoxdur və yəqin ki, bundan sonra da olmayacaq. Danışığına qulaq asandan sonra durub onun yazısını oxuyası deyiləm ki. Balın xalis olub olmadığını bilmək üçün bir balon yemək lazım deyil ki. Bir az dadmaqla da bilmək olur ki, nə var, nə yox.
Yafəs postmodernistdi, şairdi, nasirdi özü bilər və mən bilən də bunu özündən başqa da heç kəs bilmir. Bu adamın ali təhsil alıb almadığını, hansı ixtisasın sahibi olduğunu da bilmirəm, ancaq mənə elə gəlir ki, o vaxtkı NARXOZ-un muhasibat uçotu fakülətsini qurtarıb. Çünki başqalarının pulunu hesablamaqla məşğuldur, amma təəssüf ki, postmodernist hesabdardır. Bir tərəfdən, ruslar demiş başqasının pulunu hesablamazlar. İkinci tərəfdən, əgər ki, bu adam dözə bilmirsə, qanında, canında, əxlaqında, tərbiyyəsində, mövqeyində bu əməl varsa, heç olmasa bu hesabdarlığı yarıtsın, düz desin. Ramiz Rövşən mənim çox yaxın dostumdur, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinə sənəd qəbulunda növbədə tanış olmuşuq. O, məndən sonra dayanmışdı, hər ikimiz də universitetə sənəd verirdik. Deməyim o ki, Ramiz Rövşənin cikinə-bikinə bələdəm. Əvvəla onu deyim ki, Ramiz Rövşənə ayda 5 min manat yox, 10 min verirlər. Mənə qalanda isə, Ramizin də xətrinə dəyməsin, mən beş minlik, on minlik kişi deyiləm. Mənə ayda 25-30 min arası pul verirlər. Yuxarıda da, ortada da, aşağıda da məni istəyən adamlar var. Bu belə. 
Onu da deyim ki, mənim Abşeronda bir yox, bir neçə villam var. Əgər Yafəs korluq çəkirsə, fiziki cəhətdən özünü yaxşı hiss edirsə, onu işə götürə bilərəm. Mənə biri lazımdır ki, villalarımdan birində qalsın, həm villanı qorusun, həm də bağbanlıq eləsin, ağaclara baxsın. Orda yaxşı bir itim vardı, alman nəsilli it idi, o it ömrünü pis adamlara bağışlayıb öldü getdi. Yasəf gəlsin o villamda işləsin, ona ayda xeyli pul verərəm, yetərincə. Bahalı siqaretlər də ala bilər, yaxşı içkilər də içə bilər. 
Ramiz Rövşən də, Seyran Səxavət də ona görə belə yaxşı, möhtəşəm dolanır ki, biz ikimiz də adam balası kimi yaşamışıq. Adam balası kimi başımızı aşağı salıb yaşamışıq və Allah lap yuxarıdakı, bir az onlardan aşağıdakı, ortadakı adamların vasitəsilə bizim ruzimizi özü göndərir. Biz bankomat kartından yox, Allahın bankomatından, Allahın kartı ilə ilə pul alırıq. Yasəfə də məsləhət görürəm ki, hesablayanda düz hesablasın. Əgər elə bir məlumat vermək istəyirdisə, mənə zəng vurardı, mən də ona dəqiq rəqəmləri deyərdim və mənim, eləcə də başqalarının yanında pərt olmazdı. Adam balası kimi başını aşağı salıb yaşayan adamların həmişə bir tikə çörəyi olub, suyu olub, ruzisi olub. 
Bir daha təkrar edirəm, postmodernist Yasəf! Mənim beş uşağım, 11 nəvəm var, 3-4 aya bir nəticəmin də yolunu gözləyirəm. Bunları saxlamaq üçün məni nəyə görə beş minlik kişi hesab edir, hələ nəvələr olmamış aylıq xərcim 6-7 min idi. Xahiş edirəm məni özünlə dəyişik salma. 

P.S. Yafəs və Yafəs kimi postmodernistlərin xislətində həmişə başqalarına daş atmaq peşə səviyyəsinə yüksəlib. Onlar Dədə Qorquddan başqa (insafən onunla işləri olmayıb), Nizami, Füzuli, (Nəsimi ilə araları o qədər də pis deyil), Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Rəsul Rza, Anar, Elçin, Vaqif Səmədoğlu, ta nisbətən gənc nəsil hesab etdiyim Rəşad Məcidə qədər, həmişə onlara kərkiniblər. Nəticədə də müəyyən müddət keçəndən sonra şər atdıqları klassiklərdən əməlli başlı hamilə qalıblar. Abort elətdirən eləyib, eləyə bilməyənlər isə bic doğublar. İndi Allahın alimentinə də həsrətdilər”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin