Kənanın Nərgizinə....

Hazırda oxunan: Kənanın Nərgizinə....

135337
Anacan, bax mən gəlmişəm”¦ Kənanın görüşünə gəlib, Ana, qollarını dola boynuma. Qucaqla, bağrına bas məni. Bax Sənə gül də gətirmişəm, Anacan... Sən biləndə ki, balaca Kənanın olacaq, göy boyda sevinmişdin. Atam da Səni bağrına basmışdı, ikiniz də sevinirdiniz. Mən onda bapbalacaydım, amma hiss edirdim, bilirdim ki, mənim yolumu necə həyəcanla gözləyirsiniz. Hər gecə Atam Sənin əllərindən tutar, ikiniz əl-ələ məni sığallayardınız. Sizin sevginizə baxdıqca daha tez böyümək istəyirdim. Hər gün bir buğda dəni qədər boy atıb, yanınıza gəlməyə tələsirdim. 

Mən böyüdükcə Atam Sənə çoxlu təzə cicilər alırdı, geyinib özünə güzgüdə baxırdın, sevinirdin, gülürdün. Sən güldükcə daha da gözəlləşirdin, dünya Sənin varlığınla gözəlləşirdi... mənsə Səni görməyə tələsirdim, Ana. İstəyirdim ki, məni quculayasınız, üçümüz birlikdə Atam ”“ Sən ”“ Mən qucaqlaşıb göy boyda mutlu olaq... 15 Nisanda mən gəldim... Amma Səni harasa apardılar, çox gözlədim yolunu... Səninçün çox darıxmışdım, Ana... 23 Nisanda ilk dəfə görüşdük Səninlə... Nə qədər gözəl imişsən... bəmbəyaz... mənim anam dünyanın ən gözəl anası imiş... Qucaqladın məni, qoxuladın, mən ilk dəfə Sənin qoxunu onda duydum... Sonra uçub getdin... Harasa çox uzaqlara getdin və Kənanını anasız qoydun... Ötən Mayısda ”“ Analar günündə uça-uça mənə baxmağa gəlmişdin, məni çoxlu quculadın, çox istərdim Sənə çiçəklər verməyi... amma onda əllərim bapbalacaydı, çiçək tuta bilmirdim... Amma bax Anacan, indi böyük oğlan olmuşam, babamla Sənin görüşünə gəlmişəm. Bu gün 1 Mayıs... gözlərimi yeddi dəfə açıb yumacam, Analar günü olacaq... Analar günün qutlu olsun! Bax Sənə gül də gətirmişəm. Sən Dünyanın ən gözəl Anasısan! Səni göy boyda sevirəm, Anacan! Atam Səni lap çox sevir.

 Gecələr mənə nağıl əvəzi Sənə olan sevgisindən danışır... Bu sevgi o qədər böyükdü ki, Atamla Sənin sevgi nağılını illərlə dinləsəm də, bitməyəcək. Mən bu nağılla böyüyəcəm, dinlədiyim ən şirin nağıl, çoçuk dünyamı hüzünləndirən ən acı gerçəyin adı Nərgizdi, Ana... mən yatandan sonra Atam Sənin yastığını qoxulayır. Sən cicilərini geyinib özünə baxdığın güzgülü yeri açıb Sənin cicilərini ürəyinə sıxıb ağlayır. 

Anacan, Atama de ki, ağlamasın... Babama da de, Maya nənəmə, Lala nənəmə də... Heç kim ağlamasın... Nigara lap çox de... Sən Kənan boyda bir işıq yandırmısan... Sən məni boyda bir sevinc qoymusan... Sən ən gözəl, nurlu Mələksən, Anacan... Mələklər üçün ağlamazlar... Məndən nigaran qalma, Ana... Hamı məni çox sevir. Mənə çox yaxşı baxırlar. Atam mənə dünyanın ən gözəl cicilərini alır. Şipşirin beşiyim, çoxlu oyuncaqlarım var. 

Atamla maşın sürürəm, tapançalarımı, maşınlarımı sevirəm. Svet bibimi lap çox sevirəm. Hər gün mənə şipşirin şeylər yedizdirir. Mən də onun üstünə tökürəm yeməyimi. Dəcəl olmaq xoşuma gəlir. Maya nənəmi də, Lala nənəmi, Rima nənəmi də sevirəm. Məni çimizdirəndə onların üstünü isladıram. Babamı da göy boyda sevirəm. Məni qucusundan yerə qoymur. Dünyanın ən sevimli babası Tofiq babadı... Rəhim dayımı da sevirəm. Onunla hər gün oppalara gedirik. Ən, ən, ən çox Nigar xalamı sevirəm. Xalam Sənə oxşayır, Ana. 

O da Sənin kimi gözəldi. Ana, mən Nigarın jaketinin düymələrini qopardacam. Qucaqlamasın Xəyalə xalanı. Nigar Kənanındı, təkcə Kənanı qucaqlasın. Xəyalənin saçını yolaram Nigarı qucaqlasa. Amma Xəyalə xalanı də sevirəm. Dünən qulağıma dedi ki, Kənan, Sən mənim körpəmsən, ürəyimsən. Mən də sevindim. Sən çoxlu yat, dur, Sənə balaca Nərgiz gətirəcəm, - dedi. Ana, mən onda böyük oğlan olacağam, özüm yolu tanıyacağam, balaca Nərgizin əlindən tutub Sənin görüşünə gətirəcəyəm. 

Çox sevəcəm Nərgizi, lap çox... Sənin kimi çoxlu dostlarım olacaq. Hamısını çox sevəcəm. Axı mənə Sevməyi Sən öyrətmisən, Ana... Sənin kimi sevəcəm dostları, doğmaları, dünyanı ”“ hər şeyi... Anacan, babalar, nənələr, dayılar, xalalar məni nə qədər çox sevirlər... Gülşən xala, Səma xala, Kəmalə xala, Alya xala, Sitarə xala, Əbülfəz dayı, Tural dayı, Səxavət dayı, Elşən dayı, Elman dayı, Rəhman dayı, Qədir dayı, Vətən dayı, ayrı bəbələr... hamısı, hamısı... məni göy boyda sevirlər. Ana, Əbülfəz dayının gözlüyünü dartıb sındıracam, gözünü də qopardacam, xoşuma gəlir dəcəllik etmək. Dünən babam mənə qurbanlar kəsmişdi.

 Bütün dostların gəlmişdi, Anacan. Çox əyləndik. Tortumun üstündəki şamı üfürdüm. Hamı alqışladı. Hər kəs yanımdaydı. Bir tək SƏN yox idin, Ana... Gözüm hər kəsin içində Səni axtarırdı. Səni sevənlər mənim üçün “İyi ki doğdun, Kənan!”x9d ”“deyə şərqi söyləyirdilər. Mən o səslərin içində Sənin səsini duymaq istəyirdim, Ana. Hər kəsin gözü yaşlı idi nədənsə... hələ balacayam, amma bilirəm ki, mən hər Nisanda bir yaş böyüyəcəyəm, tortumun üstündəki şamların sayı çoxalacaq, dostların "Mutlu yıllar, Kənan!" oxuyacaqlar, amma gözüm o şərqi söyləyənlərin arasında həmişə Səni axtaracaq... Sən isə gecələr hər kəs öz körpəsinin yanına çəkiləndə mənim yanıma gələcəksən, saçımı sığallayacaq, boyumu oxşayacaq, ucalardan mənə baxacaq, hər addımımda məni qoruyacaqsan... mənim Mələk üzlü Anam...

Bilmədən, istəmədən Səni çox incitmişəm. Uzun-uzun gecələr Səni yuxusuz qoyduğum, iştahını küsdürdüyüm, qarnını təpiklədiyim ”“ yorduğum, incitdiyim üçün balaca Kənanını bağışla, Ana”¦ Haqqını halal et! Kaş ki, Sən yanımızda olaydın... O zaman biz üçümüz Atam - Sən - mən "Mutluluğun rəsmi" olardıq... indi bizim hər şeyimiz var, bir tək Sən yoxsan. Günəşi, Ayı, ulduzları - dünyaları mənə hədiyyə etsələr belə, yarımçıq qalacağam... Mənimçün ən müqəddəs hədiyyə Sən olardın, Ana.... Söz verirəm... Sənə layiq oğul olacağam, Ana... Sənin arzuladığın və xəyallarında qurduğun kimi... Sənin böyütmək istədiyin kimi... Sənin Kənanın hər zaman əməlləri ilə Ruhunu şad edəcək! Amma belə sakit baxma, Anacan, indi gəl, qucaqla boynumu, uğurla məni! Bax, Sənə gül gətirmişəm, Anaların ən gözəli! Kənanın dünyada hamıdan çox Səni sevir! Analar günün qutlu olsun, Kənanın Nərgizi!... hər gələn Nisan - hər yeni yaşım Səni mənə daha gözəl anlatacaq, mənim Azadlıq sevdalı Şəhid Anam... Sənin Kənanın hər zaman Səninlə qürur duyacaq!!!

Nərgiz Yaqublunun ruhuna sayğılarla: Xəyalə Əfəndiyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin