DTX-də Dahi Rəhbərin 100 illik yubileyi qeyd olunub - FOTO

Hazırda oxunan: DTX-də Dahi Rəhbərin 100 illik yubileyi qeyd olunub - FOTO

135330

DTX-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub.

Qurumdan Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edərək xalqımızın ümummilli lideri, müasir dövlətimizin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini dərin ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoyulub. 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülüb. 

Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dahi rəhbərin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış, təhlükəsizlik orqanlarında Heydər Əliyevlə birlikdə uzun illər çalışmış veteran əməkdaşların xatirələrindən ibarət “Ulu Öndər silahdaşlarının xatirələrində” adlı kitab təqdim olunub. 

Tədbir DTX-nin akt zalında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ərsəyə gətirdiyi, Heydər Əliyevin təhlükəsizlik təşkilatındakı fəaliyyətindən başlayaraq müstəqil Azərbaycanın rəhbəri olduğu dövrədək milli maraqların qorunması yolunda xidmətindən bəhs edən “Generalın planı” sənədli filminin təqdimat mərasimi ilə davam etdirilmişdir.

Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, filmin yaradıcı heyətinin üzvləri iştirak ediblər. 

Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan və Dövlət Himni səsləndirildikdən sonra DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək Azərbaycan təhlükəsizlik orqanlarında milliləşdirmə prosesinin banisi kimi Heydər Əliyevin doğma Vətəninin və xalqının mənafelərinə xidmət edən dövlətçilik strategiyasından, təhlükəsizlik orqanlarında gördüyü mühüm işlərdən ətraflı söhbət açmış, Ulu Öndərin yürütdüyü uğurlu daxili və xarici siyasət kursunun Azərbaycanın davamlı tərəqqisinə gətirib çıxardığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasi xətti müvəffəqiyyətlə davam  etdirməsi nəticəsində ölkəmizin durmadan inkişaf edərək dünya arenasında özünün layiqli yerini tutduğunu xüsusi vurğulanıb. 

Xidmət rəisi əminliyini bildirmişdir ki, DTX-nin sifarişi əsasında Azərbaycan Televiziyasının hazırladığı “Generalın planı” sənədli filmi ilə tamaşaçılar Heydər Əliyevin həyat yoluna bir daha nəzər salmaq, Azərbaycan naminə göstərdiyi misilsiz xidmətlərlə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.  

Daha sonra filmin ssenari müəllifi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rüfət Həmzəyev, həmin filmin quruluşçu rejissoru Elnur Məmmədov söz alaraq Heydər Əliyevin əsasını qoyduğu milli təhlükəsizlik konsepsiyasının xarici siyasət kursunun elementləri ilə vəhdətinin bariz şəkildə nümayiş olunduğu film barədə geniş məlumat vermiş, sənədli filmin hazırlanması prosesində qarşılaşdıqları maraqlı məqamlar barədə fikirlərini bölüşüblər. 
Çıxışlar bitdikdən sonra general-polkovnik Əli Nağıyev tərəfindən filmin ssenari müəllifi Rüfət Həmzəyev və quruluşçu rejissoru Elnur Məmmədova mükafatlar təqdim edilib. Tədbir “Generalın planı” sənədli filminin nümayişi ilə başa çatıb.  
















Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin