Ulu öndərin anadan olmasının 100 illiyi münasibəti ilə rayon rəhbərliyi, millət vəkili, hüquq-mühafizə orqanlarının rəhbərləri şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri dahi rəhbərin istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində "Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir"adlı rəsmi yığıncaqda iştirak ediblər.
"Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda məruzədə qeyd olunub ki, XX əsr bəşəriyyətə çox görkəmli dövlət xadimləri, müdrik rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş etmişdir.
Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevdir.
Bildirilib ki, Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir.
Daha sonra ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab və rəsm sərgisi ilə tanışlıq olub. Həmçinin şəhərin küçə və parklatrında gül kolları əkilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:50 / 10.05.2023
Zaqatalada ulu öndərin 100 illiyi müxtəlif tədbirlərlə QEYD OLUNDU - FOTO
Hazırda oxunan: Zaqatalada ulu öndərin 100 illiyi müxtəlif tədbirlərlə QEYD OLUNDU - FOTO
Hazırda oxunan: Zaqatalada ulu öndərin 100 illiyi müxtəlif tədbirlərlə QEYD OLUNDU - FOTO
135324
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.