(Söhrab Tahirlə ilgili iki epizod)
Söhrab Tahir dünyasını dəyişdi.
Bir neçə aydan sonra (avqustda) şairin düz doxsan yaşı tamam olacaqdı.
İlk dəfə onunla nə vaxt görüşdüyümü, haçan tanış olduğumu indi dəqiq xatırlamıram.
Amma orasını bilirəm ki, müxtəlif tədbir və mərasimlərdə dəfələrlə görüşüb söhbət etmişik.
Zahirən çox ciddi, hətta, müəyyən mənada sərt bir adam təsiri bağışlayırdı. Çatılmış qaşlarının altından baxan sınayıcı gözləri vardı. Qədd-qamətli, ucaboy, asta yerişli bir kişiydi. Əslində isə daxilən uşaq kimi sadədil, ünsiyyətcil, səmimi, xöşrəftar bir adam idi Söhrab Tahir.
İndi onunla bağlı iki epizodu xatırlayıram.
Ötən əsrin səksəninci illərinin birinci yarısı idi. O vaxtlar “Azərbaycan gəncləri”x9d qəzetinin çox populyar bir vaxtıydı. Həmin qəzetdə əbəbi işçi kimi çalışırdım. Otaqda tək idim. Qapı açıldı. Gələn Söhrab Tahir idi. Yanında 16-17 yaşlarında utancaq bir qız vardı. Onlara əyləşmək üçün yer göstərdim
Şair mənimlə köhnə tanışı kimi görüşüb hal-əhval tutdu.
-Firuz müəllim, bu uşaq mənim qızımdır. Adı Nəsibədir. Atasının yolu ilə getmək istəyir. Şeir yazır. Vaxtınız olsa bir bu yazılara baxın, görün xoşunuza gələni olacaqmı.
Düzü, heç bilmədim o, adımı haradan öyrənib. Mən şairin ciddi təhər-tövrünə baxıb aradakı rəsmiyyəti götürmək üçün zarafata keçməli oldum:
-Söhrab müəllim, əvvəla, şeirə Tofiq Mütəllibov baxır.
O, şirin bir ləhcə ilə dedi:
-Bunu bilirəm, Firuz müəllim. Mən burada-redaksiyada bir balaca “kəşfiyyat”x9d işi apardım. Öyrəndim ki, mənim dostum Tofiq müəllim indi məzuniyyətdədir. Ədəbiyyata, poeziyaya siz baxırsız...
Mən “birinci”x9dyə ikinci əlavəmi də etdim:
-İkincisi də, Söhrab müəllim, axı şeirin səviyyəsini məndən daha yaxşı siz müəyyən edərsiz. Əgər o yazıları siz bəyənirsizsə, deməli yaxşıdır. Burada ikinci bir rəyə nə ehtiyac?
O, üzümə yenə cidi nəzər salıb dostyana bir əda ilə dedi:
-Firuz müəllim, xoş sözlərə görə təşəkkür edirəm. Amma hər qəzetin öz üslubu, öz istiqaməti var. Bir də ki, heç bir kəs öz balasının yazıb-yaratdığında bir qüsur görə bilmir axı.
Bir xeyli söhbət etdik. Söhrab müəllim yazıları stolun üstünə qoyub mənə əl uzatdı. Görüşüb ayrıldıq.
... İkinci epizod.
Doxsanıncı illərin ikinci yarısı idi.
Dostlarımızdan birinin, indiki terminologiya ilə desək, kitab “prezidentasiyası”x9d idi. Tədbirin başlanmasına hələ bir xeyli qalırdı. AYB-nın qarşısındakı “Sahil”x9d bağında Hacızadələrlə- Əlibala və Nahidlə gəzişirdik. Uzaqdan “boy verən”x9d Söhrab Tahir şax və şux addımlarla bizə yaxınlaşdı. Hamımızla görüşüb öpüşdü. Təbii ki, onun Hacızadələrlə daha qədim və daha yaxın ünsiyyəti vardı. Buna görə də onları birləşdirən ümumi xatirələrin miqyası, radiusu da geniş idi.
Hamı ona “əmi”x9d deyə müraciət edirdi. Əmi həmin gün bizə daha çox öz “Moskva həyatından”x9d danışdı. Tələbəlik illərini xatırladı. Xəlil Rza, Məmməd Araz, Nəriman Həsənzadə ilə bağlı maraqlı epizodlar danışdı. Sonra üzünü mənə tutub dedi:
-Firuz müəllim, bu iki nəfər mənim ən yaxın, ən əziz dostlarımdır. Bunu onların özləri də yaxşı bilir. Amma, inanın ki, mən elə sizi də özümə dost bilirəm. Sizin yazıları diqqətlə oxuyuram. Xüsusən, bu yaxınlarda “Azərbaycan”x9d jurnalında dərc olunmuş “Qapı”x9d romanınızı ayrı bir şövqlə oxudum. O repressiya illərinin mənzərəsini necə canlı yaratmısız, əzizim. Əgər belə cavan olmasaydınız düşünərdim ki, yəqin o illərin faciəsini elə özünüz yaşamısız. Vallah, sizin bu əsəriniz məni mütəəssir etdi...
Düzü, bu sözlər, gözləmədiyim tərifli ifadələr məni sıxdı. Özümü nəsə bir gərginlikdə hiss etdim. Ehtiyatla dedim:
-Söhrab müəllim, mənə “siz”x9d yox, elə “sən”x9d deyin. Necə ki, Nahid müəllimə, Əlibala müəllimə müraciət edirsiz, bax elə o cür...
Hamı güldü.
Söhrab müəllim cibindən dəsmal çıxarıb gözlərini silə-silə dedi:
-Yaxşı, olsum “sən”x9d. Firuz müəllim, sənə bir sirr açım: mən indiki cavanlarla bir az ehtiyatlı davranır, onlarla ehtiyatlı danışıram. Çünki onların çoxu özünəvurğunluq, özündənmüştəbehlik xəstəliyinə mübtəla olub. Çoxu ədəbiyyatın vəzifəsini, onun nə olduğunu hələ lazımınca dərk etmir. Amma yekə-yekə danışmağı bacarırlar.
Əslən fars dili mütəxəssisi olan Əlibala Hacızadə dari ləhcəsində bir misal çəkib dostunun sözünə Firdovsinin bir fikriylə qüvvət verdi:
-Əmi, fikir eləmə. Firdovsi demiş, tovuz quşunun altına qarğa yumurtası qoysan, yenə o yumurtadan qarğa çıxacaq.
Nahid Hacızadə də söhbətə bu yöndə olan başqa bir misalla körpu atdı:
-İndi qoca qartallara dərs vermək istəyən cüllütlər istənilən qədərdir.
Mən zarafatla dedim ki, hərə öz dövrünün övladıdır. Görünür, indiki dövr belələrinə daha çox “atalıq”x9d edir.
Söhrab müəllim dedi:
-Mən son zamanlar şeirdən daha çox, nəsr əsərləri oxuyuram. Özüm də bir neçə roman və povest qələmə almışam. Yəqin ki, o əsərlərdən bəziləri sizə də rast gəlib. Daha çox İranda Şah rejimi vaxtı görüb eşitdiklərimi və müşahidə etdiklərimi yazıram... Qoca kişiyəm, gərək innən belə elə əsərlər yazam ki, ibrətamiz olsun.
-Qoca niyə, əmi? Qocalığı həndəvərinizə yaxın buraxmayın. Bir də ki, şair heç vaxt qocalmaz.
Söhrab əmi güldü:
-Elədir. Düz deyirsən. Şair ürəyi qocalmır ki...
Söhrab Tahir, həqiqətən, son illərdə qələmə aldığı bir sıra tarixi- memuar əsərlərlə, nəsr nümunələri ilə ədəbiyyatımızı zənginləşdirdi.
Amma geniş oxucu auditoriyası- əminin o taylı bu taylı oxucuları onu, əsasən, bir şair kimi sevib dəyərləndirirdi.
Bəli, doğrudan da şair heç vaxt qocalmır.
Dünyadan bir Söhrab əmi, şair Söhrab Tahir getdi. Ürəyi gənc, sözü cavan...
Allah rəhmət eləsin.
Qoy uyuduğun torpaq ürəyin kimi rahat olsun.
Firuz Mustafa































































































