Türkiyədə dəhşətli intihar hadisəsi qeydə alınıb. Avtomobil şirkətlərindən birində təmirçi işləyən 2 uşaq atası 47 yaşlı Kenan Aktaş həyat yoldaşına vida məktubu yazaraq özünü asıb.
Hadisə dünən saat 16:30 radələrində qeydə alınıb. Hadisə belə baş verib:
Kenan Aktaş əvvəlcə iş yerinə gəlib. İşdə sosial hesabında intihar edəcəyinə aid status paylaşıb. Həyat yoldaşının statusunu görən qadın polisə xəbər verib. "Ərim intihar edə bilər, kömək edin" deyib.
Lakin polislər gecikib. Hadisə yerinə gələn polis qrupları ağacda asılı olan şəxsin səhər saatlarında anons edilən Kənan Aktaş olduğunu təyin edib.
Ölümündən sonra Aktaşın yoldaşına yazdığı vida məktubu ortaya çıxıb. İntihar etmədən əvvəl yoldaşına "Canım həyat yoldaşım, Gülizar" başlığı ila yazdığı duyğu dolu məktub hər kəsi göz yaşlarına boğub. Məktubda bunlar yazılıb:
"Canım həyat yoldaşım Gülizar, həyatdan bezdim, artıq taqətim qalmadı, nə etdimsə olmadı. Onsuz da sənə də yük olurdum, bağışla".
İntihar edən şəxsin psixoloji problemləri olduğu öyrənilib.(big.az)





































































































