Nardaranda yeni mədrəsə tikilir

Hazırda oxunan: Nardaranda yeni mədrəsə tikilir

135107
Xəbər verdiyimiz kimi bir neçə gün bundan öncə Nardaran qəsəbəsində yerləşən ən böyük mədrəsələrdən biri plana düşərək sükülməyə başlanıb.xa0

Nardaran sakinlərinin Moderator.az -a verdiyi xəbərə görə, hadisə əhali arasında kəskin narazılıqla qarşılanıb. Mədrəsə sökülən yerə və ora aparan yollar isə polis nəzarətinə götürülüb. Sakinlərin icra orqanları ilə apardıqları danışıqlardan sonra isə onlara sökülən mədrəsənin yenisi ilə əvəz olunacağı bildirilib.xa0

Məlum olub ki, bu gün Nardaran kəndində yeni mədrəsənin tikintisinə başlamaq üçün təməl qazılacaq. Bu mərasimdə kənd sakinləri və icra nümayəndələrinin iştirak edəcəyi gözlənilir. Yeni tikiləcək mədrəsə bütün göstəriciləri ilə əvvəlkindən daha yaxşı və daha rahat olacağı bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin