Azərbaycan müstəqillik tarixinin daha bir mühüm hadisəsinə şahidlik etməkdədir. Prezident İlham Əliyevin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar imzaladığı Əfv Sərəncamı ilə 801 məhkum əfv olunub.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
O qeyd edib ki, bu Əfv Sərəncamı Azərbaycanda ən böyük humanizm aktı olmaqla, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ədalət, insanpərvərlik, insan haqlarının aliliyi kimi bəşəri prinsiplərin ən bariz təcəssümüdür.
Eyni zamanda, bu hadisə insanların itlərə yem edildiyi, qanunların polis dəyənəyi ilə təmin olunduğu, “öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaran” Qərb ölkələrinə, ATƏT, Avropa Şurası, Avropa Şurası Parlamentlər Assambleyası kimi beynəlxalq qurumlara bir mesajdır.
Yəni, onların Azərbaycan haqqında nə düşündüklərindən, nə dediklərindən və hansı qərarları qəbul etdiklərindən asılı olmayaraq, ölkəmizin rəhbərliyi bu cür humanizm aksiyalarını həmişə keçirmiş və keçirməkdə davam edir.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan bu təşəbbüsləri kiməsə xoş gəlmək və yaxud kiminsə “sağ ol”unu qazanmaq üçün etmir.
Bu, qanunun aliliyinin təmin olunduğu ölkəmizdə bir həyat tərzidir, halbuki əsassız olaraq Azərbaycanı ittiham edənlər ondan məhrumdurlar. Eyni zamanda, Prezident İlham Əliyevin Əfv Sərəncamı humanizm aktı olmaqla yanaşı, həm də mənəviyyat məsələsidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:23 / 09.05.2023
Prezidentin Əfv Sərəncamı mənəviyyat məsələsidir – Fərid Şahbazlı
Hazırda oxunan: Prezidentin Əfv Sərəncamı mənəviyyat məsələsidir – Fərid Şahbazlı
Hazırda oxunan: Prezidentin Əfv Sərəncamı mənəviyyat məsələsidir – Fərid Şahbazlı
135097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.